ПАРЕЗ НИЖНЕЙ КОСОЙ МЫШЦЫ: ДИФФЕРЕНЦИАЛЬНАЯ ДИАГНОСТИКА И ХИРУРГИЧЕСКОЕ ЛЕЧЕНИЕ (КЛИНИЧЕСКИЙ СЛУЧАЙ)
Алиева Г.Ш. · Azerbaijan Journal of Ophthalmology · 2012
Məqalədə aşağı çəp əzələnin parezi ilə xəstənin kiiniki halı təqdim olunur. Xəstədə başın sağa çevrilməsi zamanı sağ gözün ortoforiyası, sol gözün yuxarı çəp əzələsinin hiperfunksiyası, sola çevrilməsi zamanı isə sol gözün ortoforiyası və sağ gözün qabarıq hipotropiyası müşahidə edilirdi.Müayinə nəticəsində xarici növbəli çəpgözlük ilə sağtərəfli aşağı çəp əzələnin parezi aşkar edilmişdir. Xarici düz əzələlərin bilateral resessiyası və yuxarı çəp əzələnin sağtərəfli tenotomiyası cərrahi əməliyyatı aparılmışdır.Əməliyyatdan 3 gün sonra xəstədə diplopiya qeyd edilirdi. Bir aydan sonra xəstədə ortoforiya müşahidə olunurdu, diplopiya yox idi.
Cited by 0 works. Open-access PDF