ВОССТАНОВЛЕНИЕ БИНОКУЛЯРНОГО ЗРЕНИЯ ПОСЛЕ ФОТОРЕФРАКЦИОННОЙ КЕРАТЭКТОМИИ С ОДНОСТОРОННЕЙ МИОПИЧЕСКОЙ АНИЗОМЕТРОПИЕЙ

Керимова Н.К., Керимов К.Т. · Azerbaijan Journal of Ophthalmology · 2018

Məqsəd - birtərəfli miopik anizometropiyaların FRK ilə korreksiyasından sonra binokulyar görmə itiliyinin bərpasının öyrənilməsi. Material və metodlar131 xəstənin (bunlardan monokulyar - 53,binokulyar - 26,eynivaxtlı - 52 nəfər.) FRK ilə korreksiyasından sonra anizometropiya dəyişikliyinin öyrənilməsidir.Xəstələrin 76,92% - anizometropiya 3,0 dptr, 20% - anizometropiya 3,1 - 6,0 dptr, 3,85% - isə 6,1 - 9,0 dptr təşkil edir. NəticəAnizometropiyanın dərəcəsindən, pasiyentin yaşından, müalicədən əvvəl görmə itiliyindən, ön-arxa oxun uzunluğunda fərqdən və anizeykoniyanın ölçülərindən asılı olaraq miopik anizometropiyalı pasiyentlərdə eksimer lazer korreksiyadan sonra binokulyar görmənin bərpasının təhlili aparılmışdır.Əməliyyatdan əvvəl müayinə zamanı anizometropiya dərəcəsi və binokulyar görmə arasında düz asılılıq aşkar edilmişdir. Müntəzən ortoptik müalicə alan pasiyentlərdə 6 ay və 1 ildən sonra binokulyar görmənin tədricən bərpası qeyd olunmuşdur.Nəticələrin təhlili göstərmişdir ki, anizometropiyanın dərəcəsindən asılı olmayaraq 11-14 yaşlı pasiyentlərdə binokulyar görmə 100% hallarda bərpa olunmuşdur; 9,0 dptr. qədər anizometropiya ilə 15-17 yaşlı pasiyentlərdə binokulyar görmə 100% hallarda bərpa olunmuşdur, yalnız 9,25 dptr. anizometropiya ilə 1 pasiyentdə binokulyar görmə bərpa olunmamışdır. YekunBeləliklə, 6,0 dptr.-dan yuxarı anizometropiya zamanı binokulyar görmənin bərpası üçün əsasən yaş faktoru böyük rol oynayır. Yüksək ambliopiya ilə şəxslərdə FRK-dan və intensiv pleopto-ortoptik müalicədən sonra binokulyar görmənin bərpası mümkündür: bizim məlumatlara görə buna 66,67% hallarda nail olunmuşdur.

Cited by 0 works. Open-access PDF

Authors