НАШ ОПЫТ ХИРУРГИИ ТРАВМАТИЧЕСКОГО ПОДВЫВИХА ХРУСТАЛИКА
Гусейнов Э.С., Шамилова Ф.Г. · Azerbaijan Journal of Ophthalmology · 2011
İşin məqsədi - büllurun travmatik subluksasiyasr cərrahiyyəsində fəsadların öyrənilməsi və xüsusiyyətlərin təhlili. Material və metodlar. Büllurun travmatik subluksasiyası diaqnozu ilə 15 xəstədə travmatik kataraktanın ekstraksiyası və İOL-un implantasiyası, habelə kapsuladaxili xalqa və iris retraktorlardan istefadə olunmuşdur. Nəticə və müzakirələrCərrahiyyədən sonraki dövrdə görmə itiliyi bütün xəstələrdə artmışdır; 9 (60%) xəstədə 3 aydan sonra görmə itiliyi 0,2 və 6 (40%) pasientdə görmə itiliyi 0,4-0,5 olmuşdur. Cərrahiyyə əməliyyatının həcmi və davamlılığından asılı olaraq cərrahiyyədən sonrakı dövrdə müxtəlif dərəcəli iltihabi reaksiya müşahidə olunmuşdur. Cərrahiyyədən sonraki dövrdə 4 (26,66%) halda buynuz qişanın cüzi ödemi, 2 (13,33%) xəstədə İOL- un azacıq desentrasiyası və 1 (6,66%) xəstədə reaktiv hipertenziya qeyd olunmuşdur. YekunBeləliklə, aparılmış tədqiqat göstərmişdir ki, büllurun travmatik subluksasiya cərrahiyyəsində düzgün seçilmiş taktika fəsadların inkişaf riskini azalda və xəstələrin funksional bərpasını tezləşdirə bilər.
Cited by 0 works. Open-access PDF