ОСОБЕННОСТИ ИЗМЕНЕНИЙ СЛОЯ ПЕРИПАПИЛЛЯРНЫХ НЕРВНЫХ ВОЛОКОН СЕТЧАТКИ У БОЛЬНЫХ САХАРНЫМ ДИАБЕТОМ В ЗАВИСИМОСТИ ОТ ТОЛЩИНЫ РЕШЕТЧАТОЙ ПЛАСТИНКИ СКЛЕРЫ

М. А. Карлійчук, Бездетко П.А. · Azerbaijan Journal of Ophthalmology · 2018

Məqsəd - skleranın xəlbirvari lövhəciyi qalinlığından asılı olaraq şəkərli diabetli (ŞD) xəstələrdə tor qişanın peripapillyar sinir lifləri qatının dəyişikliklərinin xüsusiyyətlərini təyin etmək. Material və metodlarII tipli şəkərli diabetlə 575 xəstə (1150 göz) və 50 sağlam şəxs (50 göz) müayinə olunmuş, orta yaş həddi 55,9±7,8 il təşkil etmişdir. Standart oftalmoloji müayinə metodlarına əlavə olaraq tor qişa və görmə sinirinin optik koherent tomoqrafiyası yerinə yetirilmişdir. I qrupda ŞD ilə xəstələrdə (78,9% göz) skleranın xəlbirvari lövhəciyinin cüzi qalınlaşması (<700 mkm); II qrupda (17,6% göz) skleranın xəlbirvari lövhəciyinin orta səviyyədə qalınlaşması(700-900 mkm) və 3,8 % gözdə - əhəmiyyətli dərəcədə qalınlaşması (>900 mkm) müşahidə edilmişdir. Peripapillyar sinir lifləri qatının orta qalınlığı və həmin qatın yuxarı (Superior Hemisphere - SH) və aşağı (Inferior Hemispher - IH) yarısında qalınlığı təhlil edilmişdir. NəticəŞD xəstələrdə peripapillyar sinir lifləri qatının orta qalınlığının göstəricisi təhlil edilərkən skleranın xəlbirvari lövhəciyi qalınlığından asılılığı aşkar edilmişdir. Peripapillyar sinir lifləri qatının orta qalınlığının daha aşağı göstəricisi 3 xəstədə qeydə alınmışdır, hansı ki, müvafiq olaraq 16,3% I qrupda və 64,3% - II qrupda aşağı olmuşdur (p<0,001). Analoji tendensiya tor qişanın peripapillyar sinir lifləri qatının qalınlığının yuxan və aşağı yarısında müşahidə edilmişdir: əhəmiyyətli dərəcədə skleranın xəlbirvari lövhəciyinin qalınlaşması ilə daha aşağı orta qalınlıq III qrup xəstələrdə qeydə alınmışdır. YekunŞəkərli diabetli xəstələrdə skleranın xəlbirvari lövhəciyi qalınlığından asılı olaraq görmə sinirinin zədələnməsinin tomoqrafik xüsusiyyətləri qeydə alınmışdır: sağlam şəxslərin göstəricilərinə müvafiq və yaşa uyğun orta səviyyədə xəlbirvari lövhəciyin qalınlaşması ilə xəstələrdə peripapillyar sinir lifləri qatının orta qalınlığı 38,9% yuxan, əhəmiyyətli dərəcədə xəlbirvari lövhəciyin qalınlaşması ilə xəstələrdə isə - 15,5% aşağı olmuşdur.

Cited by 0 works. Open-access PDF

Authors