ЗНАЧЕНИЕ СТОЙКОГО СПАЗМА АККОМОДАЦИИ В РАЗВИТИИ ИСТИННОЙ МИОПИИ
Ханларова Н.А., Гаджиева Н.Р., Гулиева В.В. et al. · Azerbaijan Journal of Ophthalmology · 2016
Məqsəd – akkomodasiyanı törədən səbəbləri və davamlı spazmlar zamanı təyin edilmiş midriatiklərin və korreksiyanın effektivliyini öyrənməkdir. Material və metodlar Akkomodasiyanın spazmı əlamətləri olan 6-12 yaş arasında 84 məktəbli (168 göz) nəzarət altına götürülmüşdür. Nəticə Aparat müalicəsini alan və spazm əleyhinə damcılardan istifadə edən məktəblilərin arasında akkomodasiya spazmının təkrar qayıtmasının halları: 6 aydan sonra – 30%, 1 ildən sonra – 40%, 2 ildən sonra 12% təşkil etmişdir. Halbuki, müalicə almayan məktəblilərin arasında bu göstəricilər 6 aydan sonra – 56%, 1 ildən sonra – 70%, 2 ildən sonra – 75% təşkil etmişdir. Alınan nəticələr əsasında aparat müalicəsinin effektivliyi təsdiq edilmişdir. Bu müalicənin nəticəsində nisbi akkomodasiyanın rezervi və görmə funksiyası artır, akkomodasiyanın spazmının inkişaf prosesi zəifəyir və ya dayanır, bəzi hallarda isə həqiqi miopiyaya keçir.
Cited by 0 works. Open-access PDF