ОСЛОЖНЕНИЯ ИНТРАСТРОМАЛЬНОЙ КЕРАТОПЛАСТИКИ

Мороз З.И., Гурбанов Р.С. · Azerbaijan Journal of Ophthalmology · 2014

Məqsəd. Bu məqalədə PMMA və hidrogel əsasında hazırlanmış intrastromal seqmentlərin implantasiyasmın fəsadları təqdim edilmişdir. Material və metodlarİşdə 98 pasiyentdə icra olunan 106 intrastromal keratoplastika əməliyyatının kliniki təhlili aparılmışdır. Pasiyentlər iki qrupa bölünmüşdür. Birinci əsas qrupa hidrogel əsasında olan seqmentlər implantasiya edilmiş 60 (56.6%) nəfər daxil edilmişdir. İkinci kontrol qrupa PMMA-dan olan seqmentlər implantasiya edilmiş 46 (43.4%) nəfər daxil edilmişdir. Bütün əməliyyat olunmuş xəstələrin əsas diaqnozu I-IV mərhələli keratokonus olmuşdur. Biz tərəfdən 2 model seqment - hidrogel əsasında hazırlanmış (hündürlük 150-450 mkm, aralıq 50 mkm) və PMMA-dan hazırlanmış (hündürlük 150-350 mkm, aralıq 50 mkm) - istifadə edilmişdir. Nəticələr və onların müzakirəsiSeqmentin protrnziyası I qrupda 3 (2.8%) halda və II qrupda 4 (3.7%) halda aşkar edilmişdir. Protruziyanm əmələ gəlmə vaxtı son əməliyyatdan sonrakı dövrə aiddir. Protruziya ilə pasiyentlərə 350, 400 və 450 mkm hündürlükdə seqmentlər implantasiya edilmişdir.Naməlum etiologiyalı keratit I qrupda 1 halda və 2 qrupda 2 halda erkən əməliyyatdan sonrakı dövrdə (2-3 ay) aşkar edilmişdir. Protruziya ilə bütün pasiyentlərdə seqmentler çıxarılmış, sonralar planlı şəkildə dəlib-keçən keratoplastika aparılmışdır. Yekunİmplantların protrnziyası 7 halda aşkar edilmişdir, bu da 6.5% təşkil etmiş və çox vaxt PMMA-dan hazırlanmış seqmnetlərinin implantasiyası zamanı təyin edilmişdir. Protruziyanm bütün hallarında seqmentlər 350, 400 n 450 mkm hündürlükdə olmuşdur. Həmçinin 400 mkm-dən az dərinlikdə olan implantasiya seqmentlərin protruziyasmm səbəbi olmuşdur. Məlumatları ümumiləşdirərək belə nəticəyə gəlirik ki, IV mərhələli keratokonus zamanı implantasiya zonasında buynuz qişanın qalınlığı 500 mkm az olduqda böyük hündürlükdə olan seqmentlərin implantasiyası məqsədəuyğun deyil.

Cited by 0 works. Open-access PDF

Authors