НАШ ОПЫТ ЛЕЧЕНИЯ ПАЦИЕНТОВ С ВИРУСНЫМИ РЕТИНИТАМИ НА ФОНЕ СИНДРОМА ПРИОБРЕТЕННОГО ИММУНОДЕФИЦИТА
Рустамбекова Г.Р., Керимов М.И., Меджидова С. Р. et al. · Azerbaijan Journal of Ophthalmology · 2018
Məqsəd - qazanılmış immun çatışmazlığı sindromu (QİÇS) fonunda virus retinitli pasiyentlərin müalicəsi nəticələrinin təhlili. Material və metodlar2015-2018 illər ərzində akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində 54 nəfərdə insan immunodefisiti virusu (İİV) aşkar olunmuşdur. Onlardan 11 pasiyentdə (21 göz) QİÇS ilə əlaqədar retinit aşkar olunmuşdur (20,4%); 8 pasiyentə (15 göz) sitomeqalovirus (SMV) retiniti, 3 pasiyentə (6 göz) isə proqressivləşən xarici retinal nekroz (PXRN) diaqnozu qoyulub. NəticəPasiyentlər daxil olarkən görmə itiliyinin orta göstəricisi 0,39±0,35 olmuşdur. Torlu qişanın reqmatogen qopması 7 pasiyentdə (9 göz, 40,2%) baş vermişdir: onlardan 3-də (5 göz) PXRN ilə əlaqədar nekrotizə olunmuş torlu qişa cırılmışdır; SMV retinitlə 3 pasiyentdə daxil olarkən bir gözlərində reqmatogen qopma; 1 pasiyentdə qopma aktiv müalicə zamanı yaranmışdır. Daxil olarkən qanda CD4+ hüceyrələrin orta sayı 67,1 hüc/mm3 ± 52,3 hüc/mm3 (19-149 hüc/mm3) olmuşdur. Bütün pasiyentlərə yüksəkaktivli antiretrovirus terapiya ilə yanaşı 7 gün ərzində gündə 2 dəfə Ganciclovir 5 mq/kq dozasında, sonra gündə növbəti 10 gün ərzində 5 mq/kq və sonda 3-6 ay müddətinə peroral Valaciclovir gündə 1500 mq təyin edilmişdir. Reqmatogen qopma diaqnozu ilə 2 pasiyentdə (3 göz) pars plana vitrektomiya intravitreal Qanciklovir inyeksiyası və silikon tamponadası əməliyyatı aparılmışdır. Qopma ilə qalan 6 gözdə cərrahi müdaxilə perspektivsiz kimi dəyərləndirilmişdir. 4 pasiyentin 5 gözündə müalicəyə baxmayaraq torlu qişanın tam nekrozu və görmə sinirinin atrofiyası əmələ gəlmişdir. Qalan 16 pasiyentdə görmə itiliyi saxlanılmış və hətta artmışdır. Müalicədən sonrakı görmə itiliyin orta göstəricisi 0,37±0,35 olmuşdur. YekunSon araşdırmalara əsasən İİV dünyada, o cümlədən, bizim ölkəmizdə geniş yayılmışdır. Ona görə İİV ilə əlaqədar viruslu retinitlərin müalicəsi çox aktual problemlərdən biridir. Vaxtında aparılmış müalicə korluğun qarşısını almağa kömək edir.
Cited by 0 works. Open-access PDF