К АНАЛИЗУ НЕБЛАГОПРИЯТНЫХ ИСХОДОВ МЕХАНИЧЕСКОЙ ТРАВМЫ ОРГАНА ЗРЕНИЯ В ГРУППЕ ПАЦИЕНТОВ СТАРШЕГО ВОЗРАСТА
Намазова И.К. · Azerbaijan Journal of Ophthalmology · 2014
Məqsəd. Yuxarı yaş qrupu pasiyentlərində gözün mexaniki travmasmdan (MT) sonra qeyri-qənaətbəxş nəticələrin ən səciyyəvi təzahürlərini aşkar etmək. Material və metodlarQoyulmuş məqsədə nail olmaq üçün 50 yaşdan yuxarı 100 pasiyentdə daha qeyri-qənaətbəxş nəticələrinin təhlili aparılmışdır. Ənənəvi oftalmoloji müayinə metodları, bakterioloji, ultrasəs (USM), rentgenoqrahya, kompüter tomoqrahyası, gözün ön kəsiyinin OCT-Visante müayinəsi tətbiq edilmişdir Nəticələr və onların müzakirəısiAparılmış kliniki müayinə mövqeyindən yuxarı yaş qrupu pasiyentləri qrupunda qeyri-qənaətbəxş nəticələrə və göz almasının xaric edilməsinə gətirib çıxaran səbəblər və səciyyəvi xüsusiyyətlər müəyyən edilmiş və ümumiləşdirilmişdir. Yuxarı yaş qrupu şəxslərində olan struktur pozulmalar sırasında dəyişikliklərin ağırlıq meyarına görə buynuz qişanın dəyişiklikləri qeydə alınmışdır (61%) ki, burada həmçinin risk faktorları sırasında yaş ilə əlaqədar dəyişiklikləri istisna etmək olmaz.42 (42%) gözdə olan patoloji prosesin ən çox rast gəlinən ağırlaşmaları sırasında endoftalmitin, panoftalmitin (öz-özünə evisserasiya ilə 5 gözdə) kliniki şəkli ilə yoluxucu mənbə qeyd edilir. Terminal ağrılı, o cümlədən neovaskulyar, əvvəl əməliyyat olunmuş, bədxassəli qlaukoma 31% hallarda yer almışdır. YekunZədə, mikrozədədən sonra reabilitasiya taktikası nəinki zədənin xarakterinin, zədələnmənin həcmini öyrənilməsi, həmçinin yaş ilə əlaqədar ən həssas halqaların mövqeyi baxımından potensial ağırlaşmaların proqnozlaşdırılmasmı daxil edir.
Cited by 0 works. Open-access PDF