СОВРЕМЕННЫЕ ПОДХОДЫ В ИЗУЧЕНИИ НАСЛЕДСТВЕННЫХ ГЕНЕРАЛИЗОВАННЫХ ДИСТРОФИЙ СЕТЧАТКИ (ОБЗОР ЛИТЕРАТУРЫ)
Мамедзаде А.Н. · Azerbaijan Journal of Ophthalmology · 2012
Tor qişanın distrofik xəstəlikləri əlilliyə gətirib çıxaran görmə orqanının ağır patologiyalarından biridir. Bu problem böyük tibbi və sosial əhəmiyyət kəsb edir.Tor qişanın ən çox rast gəlinən distrofiyalarmdan biri irsi generalizə olunmuş distrofiya olan piqmentli retinitdir. Hal-hazırda bu ağır patologiyanın öyrənilməsinə dair bir çox tədqiqatlar məlumdur. Geniş yayılmasına və əlillik ağırlığına baxmayaraq piqmentli retinit problemi bu günkü gündə də aktualdır, bu patologiyanın bir sıra aspektləri hələ də həll olunmaqdadır. Xəstəliyin başlanğıc mərhələlərində və erkən uşaq yaşlarında diaqnostikası, proqnozlaşdırılması çətinlik yaradır, görmə sisteminin struktur-funksional dəyişikliklərinin patoloji prosesin inkişafında mexanizm və qanunlarını əks etdirən klassifikasiyası mövcud deyil. Aparılan terapevtik metodların effektivliyinin aşağı olması bu problemin həllində tor qişanin irsi generalizə olunmuş distrofiyalarmm risk faktorlarının, bəzi patofizioloji və patogenetik faktorlarının aşkar olunmasına şərait yarada biləcək yeni yanaşmaların vacibliyini göstərir.
Cited by 0 works. Open-access PDF