КЛИНИЧЕСКАЯ ЭФФЕКТИВНОСТЬ ПЕРВИЧНОЙ ТРАБЕКУЛЭКТОМИИ С МИТОМИЦИНОМ С И ИСПОЛЬЗОВАНИЕМ ПРОВИСКА В ЛЕЧЕНИИ ПСЕВДОЭКСФОЛИАТИВНОЙ ДАЛЕКОЗАШЕДШЕЙ ГЛАУКОМЫ

Касимов Э. М., Агаева Ф.А. · Azerbaijan Journal of Ophthalmology · 2011

İşin məqsədi. İfrat inkişaf etmiş psevdoeksfoliativ glaukomada aşağı konsentrasiyalı mitomisin C (MMC - 2mg/ ml 2 dəqiqə ekspozisiyası ilə) və Provisk (1% sodyum hyaluronat) ilə birincili limbusəsaslı trabekulektomiyanın kliniki effektivliyini qiymətləndirmək. Material və metodAşağı konsentrasiyalı mitomisin C (MMC) ilə birincili limbusəsaslı trabekulektomiya zamanı erkən aşırı filtrasiyanın qarşısını almaq üçün ön kameraya və skleral loskut altına Provisk inyeksiyası aparılmış antiglaukomatoz müalicəyə refrakter olan ifrat inkişaf etmiş psevdoeksfoliativ glaukomalı (MD > -15dB) 12 xəstəsinin 12 gözünün prospektiv təhlili aparılıb. Göz daxili təzyiqin (GDT) azalması; görmə funksiyası, erkən postoperativ fəsadlar; antiglaukomatoz dərmanların ortahesabla sayı vefiltrasiyablebingörünümü qiymətləndirildi. Alınmış nəticələrPostoperativ müşahidə vaxtı orta hesabla 8 ay idi. Əməliyyatdan öncə GDT orta hesabla 34 mmHg, əməliyyatdan sonra isə son kontrol GDT orta hesabla 13 mmHg qədər azalmışdır. Erkən postoperativ GDT-in artması (24 mmHg) 1 gözdə izlənildi. 2 xəstədə görmə itiliyi kataraktanın progresiyası ilə əlaqədar azaldı, 10 xəstədə dəyişiksiz qaldı. 2 xəstədə (16.7%) erkən tranzitor hipotoniya, 1 gözdə (8.3%) hipotoniya ilə yanaşı ön kameranın daralması (1-ci dərəcə), 1 xəstədə (8.3%) bir həftəyə çəkilmiş hifema müşayiət olunmuşdur. Preoperativ antiglaukomatoz medikamentlərin sayısı orta hesabla 2.5 olmuşdur və lakin 1 gözdə (8.3%) postoperativ antiglaukomatoz medikamenta ehtiyac oldu. Müşahidə aparılan zaman heç bir olğumuzda xoroidal qopma, hipotonik makulopatiya, komeal epitelial toksikopatiya, blebitis ve blebə bağlı endoftalmit kimi fəsadlarla qarşılaşmadık. Bleb 3 gözdə (25%) onun avaskulyar (2-ci dərəcə), kistik görünümü ilə xarakterizə olundu. YekunAşağı konsentrasiyalı MMC ilə birincili trabekulektomiya zamanı Provisk viskoelastikın istifadə etməsi erkən fəsadları azaldarkən və aşağı məqsəd gözdaxili təzyigi əldə edərkən ifrat inkişaf etmiş psevdoeksfoliativ glaukomalı xəstələrin cərrahi müalicəsində bir alternativ ola bilər.

Cited by 0 works. Open-access PDF

Authors