РЕЗУЛЬТАТЫ ПЛЕОПТО-ОРТОПТИЧЕСКОГО ЛЕЧЕНИЯ ДЕТЕЙ СО СХОДЯЩИМСЯ КОСОГЛАЗИЕМ С РАЗЛИЧНОЙ СТЕПЕНЬЮ АНИЗОМЕТРОПИИ
Ханларова Н.А., Гаджиева Н.Р. · Azerbaijan Journal of Ophthalmology · 2011
İşin məqsədi: müxtəlif dərəcəli anizometropik refraksiyalı daxili çəpgözlüyü olan uşaqlarda aparılan müalicənin nəticələrinin müqayisəli təhlili. Material və metodlarMüşahidə altında 4-11 yaş arasında 64 uşaq (128 göz) olmuşdur, onlardan 34 nəfəri oğlan, 30 nəfəri qız idi. Bütün uşaqlarda akkomodasiya və qismən akkomodasiya tipli müştərək daxili çəpgözlük müşahidə olunurdu. Bütün hallarda müxtəlif dərəcəli hipermetropik refraksiya qeyd olunurdu, ambliopik gözün fiksasiyası mərkəzi idi. Müşahidə altında olan uşaqlar iki qrupa bölünmüşdür.qrup 32 uşaqda (64 göz) sferik hipermetropiyanın dərəcəsi 2,0 - 5,0 D arasında olmuşdur (orta hesabla 3,6 D), astiqmatizmim dərəcəsi 1,0D idi.qrup 32 uşaqda (64 göz) sferik hipermetropiyanın dərəcəsi 2,0 - 5,5 D arasında olmuşdur (orta hesabla 3,7 D), 1,0-1,5 D astiqmatizmin dərəcəsi ilə.Daxili çəpgözlüklə olan hər iki qrup uşaqlarda ambliopiyanın kompleks müalicəsi keçirilmiş, ortoptika və diploptokanın köməyi ilə binokulyar görmənin bərpası aparılmışdır. Müalicə 10 gün ərzində hər 3 aydan bir aparılırdı. Müşahidə müddəti 1-3 il təşkil edirdi. NəticəAparılan müalicədən sonra hər iki qrupda gözün görmə-əzələ funksiyalarının əhəmiyyətli dərəcədə yaxşılaşması qeyd olunurdu.Hər iki qrupun nəticələrini müqayisə etdikdə, demək olar ki, daha yaxşı nəticələr zəif dərəcəli anizometropik refraksiya ilə I qrup uşaqların gözlərində əldə edilmişdir.
Cited by 0 works. Open-access PDF