КОМПЛЕКСНАЯ АНТИОКСИДАНТНАЯ ТЕРАПИЯ ПРИ ОЖОГАХ ОРГАНА ЗРЕНИЯ
Керимов К.Т., Агаев М.М., Керимова Н.К. et al. · Azerbaijan Journal of Ophthalmology · 2012
İşin məqsədi. 3 dərəcəli göz yanıqlarının müxtəlif mərhələləri zamanı işlənib hazırlanmış kompleks antioksidant terapiyanın effektivliyini və həmçinin bu pasiyentlərdə göz yaşı və qan plazmasımn antioksidant aktivliyinin onun vəziyyətinə təsirini öyrənmək. Material və metodlarMüşahidə altında 3 dərəcəli göz yanıqları ilə 60 pasiyent (əsas qrup) və nəzarət qrupunu təşkil edən 3 dərəcəli göz yanıqları ilə 64 pasiyent olmuşdur. Xəstələrin yaşı 15-68 yaş arası olmuşdur.Antioksidant terapiya digər antiolcsidantlardan ibarətdir: histoxrom, qinkqo-biloba, dikvertin, lipa turşusu, peftoran, ayevit, vitamin E, a-tokoferol, askorbin turşusu.Gözün ön kəsiyinin sərbəst radikal oksidləşmə səviyyəsi (SRO) və göz yaşının antioksidant aktivliyi xemilüministent metodla tədqiq edilmiş, bütün orqanizmin SRO səviyyəsini müəyyən etmək üçün isə qan plazmasımn antioksidləşdirici potensialı və tiobarbitur turşusunun aktiv məhsulu - malon dialdegidinin (MDA) tərkibi öyrənilmişdir. Nəticə və müzakirələrTəbii histoxrom antioksidantı, qinkqo-biloba, lipa turşusu, A, S, E, P vitaminləri və 20% peftoran emulsiya məhlulunu birləşdirən kompleks antioksidant müalicə metodu işlənib hazırlanmış və klinik təcrübədə tətbiq edilmişdir.Göz yaşı və qan plazmasımn antioksidant aktivliyinin xemilüministent metodla öyrənilməsi, müalicə zamanı onun dəyişiklik dinamikasına müşahidə etməyə imkan vermiş, daha effektiv antidoksidantlarm seçilməsinə şərait yaratmışdır, bu da dərman vasitələrlə müalicənin effektivliyini optimallaşdırmağa yol vermişdir.3 dərəcəli göz yanıqları ilə xəstələrin funksional nəticələrinin müqayisəli təhlili, kompleks antioksidant müalicənin ənənəvi iltihaba qarşı dərman vasitələrinin istifadəsi ilə birgə aparılmasının effektivliyini göstərmişdir. Bunun nəticəsində əsas qrupda 90%, nəzarət qrupunda isə 42,2% hallarda görmə itiliyinin 0,1-0,5 artması təmin olunmuşdur. YekunBelə ki, yanıq xəstəliyin bütün mərhələlərində antioksidant müalicənin tətbiqi lipidlərin sərbəst radikal oksidləşdirilməsini və perolcsidləşməsini neytrallaşdırır, göz yaşının, qan plazmasımn antioksidləşdirici potensialını artırır, buynuz qişasının epitel təbəqəsinin regenerasiyasmı sürətləndirir, göz toxumalarında iltihab və distrofiyalı prosesin intensivliyinin qarşısını alır, fəsadların sayını azaldır.
Cited by 0 works. Open-access PDF