ПЕРВЫЕ РЕЗУЛЬТАТЫ ИМПЛАНТАЦИИ КОЛЛАГЕНОВОГО МАТРИКСА ОЛОГЕН ПРИ ПЕРВИЧНОЙ ТРАБЕКУЛЭКТОМИИ

Касимов Э. М., Агаева Ф.А. · Azerbaijan Journal of Ophthalmology · 2012

İşin məqsədi: Birincili trabekulektomiya zamanı Ologen™ kollagen matriksın implantasiyasının kliniki effektivliyini qiymətləndirmək. Material və metodBirincili limbusəsaslı trabekulektomiya zamanı Ologen™ kollagen matriksın implantasiyası aparılmış antiglaukomatoz müalicəyə refrakter olan glaukomalı 9 xəstəsinin 9 gözünün prospektiv təhlili aparılıb. Göz daxili təzyiqin (GDT) azalması; görmə funksiyası, erkən postoperativ fəsadlar; antiglaukomatoz dərmanların orta hesabla sayı ve filtrasiya blebin görünümü qiymətləndirildi. Alınmış nəticələrPostoperativ müşahidə vaxtı orta hesabla 20 həftə idi. Əməliyyatdan öncə GDT orta hesabla 36 mmHg, əməliyyatdan sonra isə son kontrol GDT orta hesabla 11,4 mmHg qədər azalmışdır. 2 xəstədə (22,2%) erkən tranzitor hipotoniya, onlardan biri uveal qlaukoması ilə olan xəstə idi. Preoperativ antiglaukomatoz medikamentlərin sayısı orta hesabla 2.5 olmuşdur və heç bir xəstədə postoperativ antiglaukomatoz medikamenta ehtiyac olmadı. Müşahidə aparılan zaman heç bir olğumuzda xoroidal qopma, hipotonik makulopatiya, korneal epitelial toksikopatiya, blebitis ve blebə bağlı endoftalmit kimi fəsadlarla qarşılaşmadık. Postoperativ dönümdə 6 ay keçdikdən sonra 3 gözdə (33,3%) Ologen impant tam sorulmamışdır. YekunOlogen kollagen matriksın imlantasiyası ilə aparılan birincili trabekulektomiya glaukomalı xəstələrin cərrahi müalicəsində yeni təhlükəsiz və effektiv bir alternativ üsuldur.

Cited by 0 works. Open-access PDF

Authors