ЭФФЕКТИВНОСТЬ ФОТОРЕФРАКЦИОННОЙ КЕРАТЭКТОМИИ НА ФОНЕ ПРОВЕДЕННОГО КРОССЛИНКИНГА РОГОВИЦЫ В ЛЕЧЕНИИ МИОПИИ И АСТИГМАТИЗМА ПРИ СУБКЛИНИЧЕСКОМ КЕРАТОКОНУСЕ
Миришова М.Ф. · Azerbaijan Journal of Ophthalmology · 2020
Məqsəd - subklinik keratokonuslu pasiyentlərdə miopiya və astiqmatizmin müalicəsində kombinəedilmiş buynuz qişanın krosslinkinqi və fotorefraksion keratektomiya metodunun klinik nəticələrini qiymətləndirmək. Material və metodlarBu araşdırma 2018-2019 illərdə akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin eksimer lazer şöbəsində aparılmışdır. Tədqiqata 21 ilə 33 yaş arasında 11 xəstə (14 göz) daxil edilmişdir. Əməliyyatdan əvvəl müayinə zamanı aşağıdakı məlumatlar əldə edildi: korreksiyasız görmə itiliyi 0,2 ± 0,15; korreksiya ilə görmə itiliyi 0,5 ± 0,18; sferik ekvivalenti -3,0 ± 1,5D; silindrik komponenti -1.0-dən -3.25 dioptriyaya qədər; buynuz qişanın paximetriyası: buynuz qişanın mərkəzində - 523 ±21 mikron, ektaziyanın mərkəzində - 515 ± 17,3 mikron; Bütün xəstələrdə keratometrik göstəricilər Kİ 44.38 ± 0.93D, K2 48.64 ± 0.73D idi. Bütün xəstələrdə kombinə olunmuş müalicə 2 mərhələdən ibarət idi və buynuz qişanın krrosslinkinqindən 6-8 ay sonra fotorefraktiv keratektomiya (FRK) keçirilib. NəticəFotorefraktiv keratektomiya və buynuz qişanın krosslinkingi birləşdirilmiş metodundan sonra aşağıdakı nəticələr əldə edildi: Keratometriya dəyərləri 43.1 - 48.3 dioptriyadan40.2 - 45.7 dioptriya qədər azaldı; refraksiyanın sferik ekvivalent göstəriciləri -0.5 ± 0.75 diop-a enmişdir; Astiqmatizm dərəcələri -2.25 - 4.25 dioptriyadan 0.25 - 1.25 dioptriyaya enmişdir; Buynuz qişanın paximetriyası: buynuz qişanın mərkəzində - 462 ±22.1 mikron, ektaziyanın mərkəzində - 443 ± 19.7 mikron; Korreksiyasız görmə itiliyi 0,05 -0,1 ilə 0,5-0,7 arasında artdı. YekunSubklinik keratokonus olan xəstələrin müalicəsindən əvvəl və sonra topoqrafik nəticələrin təhlili göstərir ki, buynuz qişanın mərkəzi qalınlığı və sıxlığı kimi parametrlər müşahidə müddəti ərzində sabit qalır. Beləliklə, bu iki mərhələli texnika olduqca təsirli və təhlükəsizdir.
Cited by 0 works. Open-access PDF