ИАГ-ЛАЗЕРНАЯ ХИРУРГИЯ ДИАБЕТИЧЕСКОГО ГЕМОФТАЛЬМА

Алиева Н.И., Касимов Э. М., Лемберанская Н.Р. · Azerbaijan Journal of Ophthalmology · 2011

Məqsəd: Residiv verən hemoftalm ilə fəsadlaşan proliferativ diabetik retinopatiyanın gedişatına YAG-lazer vitreolizisin təsirinin öyrənilməsi. Material və metodlarResidiv verən hemoftalm ilə fəsadlaşan proliferativ diabetik retinopatiyalı 53 pasiyentdə YAG-lazer vitreolizisi aparılmışıdr. 32 halda (60,4%) total hemoftalm, 21 halda (39,6%) isə subtotal hemoftalm müşahidə edilmişdir. YAG-lazerin təsiri üçün impuls rejimdə işləyən «Alkon 3000 LE» lazer qurğusundan istifadə edilmişdir. Impulsun enerjisi 1-10 mJ, büllurun arxa hissəsindən orta hesabla 7 mm məsafədə, impulsların sayı 70- dən 90 qədər. YAG-lazer vitreotomiyanın seansları arasında interval 1-5 gün arası olmuşdur. Nəticələr və müzakirələrYAG-lazer vitreolizisin effektivliyi 84,3% təşkil etmişdir, bu da hemoftalmın tam və ya hissəvi sorulmasında, görmə itiliyinin artmasında, həmçinin müalicə fonunda proliferativ diabetik retinopatiyanın stabilləşməsində özünü göstərmişdir.

Cited by 0 works. Open-access PDF

Authors