ИНТРАОПЕРАЦИОННЫЕ И РАННИЕ ПОСЛЕОПЕРАЦИОННЫЕ ОСЛОЖНЕНИЯ ПРИ ХИРУРГИЧЕСКОМ ЛЕЧЕНИИ РЕГМАТОГЕННОЙ ОТСЛОЙКИ СЕТЧАТКИ С ПРИМЕНЕНИЕМ СПОСОБА ПЕРИБАЗАЛЬНОЙ ВИТРЭКТОМИИ
Тагиев Г.Н. · Azerbaijan Journal of Ophthalmology · 2018
Məqsəd - peribazal vitrektomiya üsulunun tətbiqi ilə torlu qişanın reqmatogen qopmasının cərrahiyyəsi zamanı və əməliyyatdan sonrakı ilk dövrdə baş verə biləcək ağırlaşmaların öyrənməsi. Material və metodlarTədqiqatın kliniki materialına torlu qişanın reqmatogen qopması olan 74 xəstənin əməliyyatı və əməliyyatdan sonrakı ilk dövrünün nəticələrinin analizi daxil edilmişdir. Xəstələr 2 qrupa bölünmüşdür. Əsas qrupa daxil olan 37 xəstədə əməliyyat peribazal vitrektomiya üsulunun tətbiqi ilə aparılmışdır (RF ixtira patenti № RU 2554230, 16.04.2015 tarixindən). Bu üsulun digərlərindən fərqi ondan ibarətdir ki, vitrektomiya şüşəvari cismn əsasında bütün sahə boyu aparılır, vitreotomun ekvatora doğru yerini dəyişmədən şüşəvari cisim xaric olunur, arxa kortikal qatları isə periferiyadan mərkəzə doğru soyulur. Kontrol qrupda olan 37 xəstədə vitrektomiya ənənəvi üsulla aparılmışdır. NəticəƏməliyyatın gedişində əsas qrupun xəstələrinin 81,1% şüşəvari cismin arxa kortikal qatlarını vahid blok şəklində qoparmaq mümkün oldu. Arxa kortikal qatların qoparılması zamanı baş vermiş ağırlaşmaların analizi göstərdi ki, peribazal vitrektomiyanın tətbiqi zamanı, retinal damarlardan qansızma 8,1% hallarda, yatrogen yırtıqlar isə müşahidə olunmamışdır. Vitrektomiyanın mərkəzi üsulla aparılması və arxa kortikal qatların mərkəzdən başlayaraq xaric olunması zamanı retinal damarlardan qansızma 32,4% hallarda, yatrogen yırtıqlar isə 5,4% hallarda rast gəlinmişdir. YekunBeləliklə, təklif olunan peribazal vitrektomiya üsulu texniki cəhətdən asan icra olunur, şüşəvari cismin arxa kortikal qatlarını vahid blok şəklində qoparmaqla torlu qişanı traksiyalardan maksimum azad etməyə və yatrogen ağırlaşmaların sayını azaltmağa imkan verir.
Cited by 0 works. Open-access PDF