МЕДИКО-СОЦИАЛЬНЫЕ АСПЕКТЫ ИНВАЛИДНОСТИ ВСЛЕДСТВИЕ ГЛАУКОМЫ В АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКЕ

Ибрагимова К.Ш., Керимова Н.К., Керимов К.Т. · Azerbaijan Journal of Ophthalmology · 2012

İşin məqsədi: Azərbaycan Respublikasında qlaukoma nəticəsində yaranan birincili və təkrar əlilliyin xüsusiyyətləri və dinamikasının öyrənilməsi.Təyin edilmişdir ki, Azərbaycan Respublikasında birincili əlilliyin səviyyəsi hər on min nəfər yaşlı əhaliyə 2005-ci ildə 0,11-dən 2007-ci ildə 0,53-qə qədər qalxmışdır. Orta göstərici 0,32 təşkil edir.Öyrənilən müddət ərzində Azərbaycan Respublikasında qlaukoma nəticəsində yaranan əlilliyin orta səviyyəsi 10 min əhaliyə iş qabiliyyətinə malik olan yaşda 0,16, təqayüd yaşında 1,77 olmuşdur.Qlaukoma nəticəsində yaranan təkrar əlilliyin orta səviyyəsi 10 min yaşlı əhaliyə 6 il ərzində 1,22 olmuşdur. Tədqiqatın aparılan müddətində əlilliyin ən kiçik səviyyəsi 2005-ci ildə qeyd olunmuşdur - 0,47; 2007-ci ildə isə bu göstərici 3,6 dəfə artmış və 10min əhaliyə 1,69 olmuşdur.Öyrənilən 6 il ərzində qlaukoma nəticəsində yaranan təkrar əlilliyin səviyyəsi həmin patologiya nəticəsində əmələ gələn birincili əlliyin səviyyəsindən 3,8 dəfə artıq olmuşdur.2004-2009-cu ilərdə Azərbaycan Respublikasında qlaukoma nəticəsində yaranan əlilliyin ümumi analizi göstərdi ki, həmin patologiyanın yayılmasının 10 min yaşlı əhali arasında orta göstəricisi 1,37 olmuşdur.Tədqiqat işi göstərmişdir ki, öyrənilən müddət ərzində qlaukoma nəticəsində yaranan əlillik dalğavari artmaq tendensiyasına malik olmuşdur.

Cited by 0 works. Open-access PDF

Authors