ЭФФЕКТИВНОСТЬ ВКЛЮЧЕНИЯ НЕЙРОПРОТЕКТОРОВ В КОМПЛЕКСНОЕ ЛЕЧЕНИЕ СОДРУЖЕСТВЕННОГО КОСОГЛАЗИЯ У ДЕТЕЙ
Ханларова Н.А., Гаджиева Н.Р., Салманова С.З. · Azerbaijan Journal of Ophthalmology · 2018
Məqsəd - uşaqlarda müştərək çəpgözlüyün kompleks müalicəsinə neyroprotektorlann qoşulmasının effektivliyini təyin etmək. Material və metodlarMüayinə və müalicə metodları daxili çəpgözlükdən əziyət çəkən 4-11 yaşlı 124 uşaq üzərində tətbiq edilmişdir. Uşaqlar 2 qrupa bölünmüşdür: I qrupa akkomodasion çəpgözlüyü olan 66 uşaq, II qrupa hissəvi akkomodasion çəpgözlüyü olan 58 uşaq daxil edilmişdir. Birinci qrupda 49 uşaqda (74%), ikinci qrupda 36 uşaqda (62%) ambliopiya aşkar edilmişdir. Binokulyar görmənin pozulması müayinə olunan uşaqların hamısında müşahidə olunmuşdur.Nəzarətdə olan bütün uşaqlarda ümumi qəbul edilmiş oftalmoloji müayinələr tətbiq edilmişdir:HUVİTZ refraktometriilə görmə itiliyinin təyini, sikloplegiyadan əvvəl və sonra refrakraksiyanın təyini, çəplik bucağının sinoptoforda təyini. Əlavə olaraq damar təchizatının reaktivliyini qiymətləndirmək məqsədi ilə dəri- damar və göz ürək reflekslərinin, həmçinin göz arteriyalarında rezistentlik indeksinin təyini tətbiq olunmuşdur. NəticəAkkomadasion çəpgözlüklə I qrup uşaqlarda (66) ambliopik gözün görmə itiliyi birinci yanmqrupda (34) 33 uşaqda 0,2-0,6, ikinci yanmqrupda (32) isə 24 uşaqda (75%) artmışdır.Korreksiya ilə və korreksiyasız binokulyar görmənin bərpası və ya yaxşılaşması birinci yanmqrupda (34) uşaqların hamısında (100%), ikinci yanmqrupda isə (32) 28 uşaqda (87%) müşahidə edilmişdir.Qismən-akkomodasion çəpgözlük ilə II qrup uşaqlarda (58) ambliopik gözün görmə itiliyi birinci yanmqrupda (30) 24 uşaqda 0,l-0,4, ikinci yanmqrupda isə (28) 18 uşaqda (64%) artmışdır.Korreksiya ilə binokulyar görmənin bərpası və ya yaxşılaşması birinci yanmqrupda (30) 24 uşaqda (79%), ikinci yanmqrupda (28) isə 16 uşaqda (58%) qeyd edilmişdir. YekunTətqiqatın nəticələri göstərmişdir ki, neyrotrop preparatların tətbiq edilməsi çəpgözlükdən əziyyət çəkən uşaqların müalicə etaplarının qısaldılmasına şərait yaradır. Bununla yanaşı, neyrotrop və vazoaktiv preparatların birgə tətbiqinin 2-4 ilədək davam edən ardıcıllığının tətqiqata cəlb olunmuş uşaqlarda baş beyin və göz yuvalarının qan damar təchizatını yaxşılaşdırdığı aşkar edilmişdir.
Cited by 0 works. Open-access PDF