РЕЗУЛЬТАТЫ ПРИМЕНЕНИЯ МОДИФИЦИРОВАННОЙ СИНУСТРАБЕКУЛЭКТОМИИ С ИСПОЛЬЗОВАНИЕМ ВИСКОЭЛАСТИКА ПРИ ГЛАУКОМЕ

Касимов Э. М., Мамедова Г.Ш. · Azerbaijan Journal of Ophthalmology · 2012

Məqsəd. Modifikasiya olunmuş sinustrabekuloektomiyanın gedişində viskoelastikin istifadəsi effektivliyinin qiymətləndirilməsi. Material və metodlarMüşahidə altında 41 pasiyent (41 göz) olmuşdur.Oftalmoloji müayinə kompleksinə daxil olmuşdur: vizometriya, biomikroskopiya, qonioskopiya, oftalmoskopiya, perimetriya, tonometriya, elektron tonoqrafiya. Ultrasəs A- və B- üsullar tətbiq edilmişdir.I kontrol qrup - bazal iridektomiya və ənənəvi sinustrabekuloektomiya metodu ilə əməliyyat olunmuş 20 pasiyent (20 göz).I əsas qrup - ön kameraya viskoelastikin yeridilməsi ilə bazal iridektomiya və modifikasiya olunmuş sinustrabekuloektomiya əməliyyatı aparılmış 21 pasiyent (21 göz). YekunBizim tərəfimizdən təklif edilmiş STEK modifikasiyası, ənənəvi STEK metodu ilə müqayisədə, əməliyyatdan sonrakı uzaq dövrdə daha uzadılmış hipotenziv effekti əldə etməyə, qlaukomatoz prosesin və kliniki- funksional nəticələrin sabitləşməsinə nail olmaq imkanı yaradır.

Cited by 0 works. Open-access PDF

Authors