РЕЗУЛЬТАТЫ ОДНОМОМЕНТНОЙ СИНУСТРАБЕКУЛЭКТОМИИ С ФАКОЭМУЛЬСИФИКАЦИЕЙ ИЛИ ТОННЕЛЬНОЙ ЭКСТРАКЦИЕЙ КАТАРАКТЫ С ИМПЛАНТАЦИЕЙ ИОЛ

Багиров Н.А., Абдулалиева Ф.И., Ахмедова А.Дж. · Azerbaijan Journal of Ophthalmology · 2011

İşin məqsədi. Katarakta və qlaukomadan əziyyət çəkən pasiyentlərin fakoemulsifikasiya (FEK) və ya kataraktanın, intraokulyar linzanın (İOL) implantasiyası ilə aparılan, tonnel ekstraksiyasının (TEK), eynimomentli sinustrabekuloektomiya (STEK) ilə birgə nəticələrinin təhlili. Material və metodlarTədqiqatlar, katarakta və qlaukomadan əziyyət çəkən, 21 pasiyent (21 göz) üzərində aparılmışdır. Görmə itiliyi tək gözdə əməliyyatdan qabaq düzgün işıq duyğusundan 0,08 qədər olmuşdur. Salamat gözdə qlaukomanın başlanğıc mərhələsi 7 pasiyentdə (33,3%), inkişaf etmiş mərhələsi - 11-də (52,4%), ilkin açıqbucaqlı qlaukomanın ifrat inkişaf etmiş mərhələsi - 3 xəstədə (14,3%) aşkar olunmuşdur. Pasiyentlər iki qrupa bölünmüşdür: I qrup 10 pasiyentə (10 göz) STEK və FEK; II qrup 11 pasiyentə (11 göz) STEK və TEK əməliyyatları aparılmışdır. NəticəSTEK və FEK əməliyyatından 1 ay sonra görmə itiliyi: 0,08-0,1 - 2 (20%) gözdə; 0,15-0,5 - 5 (50%) gözdə; 0,6-l,0 - 3 (30%) gözdə olmuşdur. STEK+TEK əməliyyatından 1-1,5 il sonra görmə itiliyi: 0,08-0,1 - 5 (45%) göz (əsasən bu qlaukomanın ifrat inkişaf etmiş mərhələsi ilə olan xəstələrdir); 0,15-0,5 - 4 (36,7%) göz; 0,6-l,0 - 2 (18,2%) göz təşkil etmişdir. YekunKombinə olunmuş əməliyyat - sinustrabekuloektomiya və kataraktanın fakoemulsifikasiya və ya tonnel fakofraqmentasiya üsulu ilə ekstraksiyası - açıqbucaqlı qlaukoması olan pasiyentlərdə effektiv, təhlükəsiz cərrahi müalicə metodu olub, bir dəfə apanlmaqla oftalmotonusun tənzimlənməsinə və görmə funksiyalarının yüksəlməsinə imkan verir.

Cited by 0 works. Open-access PDF

Authors