РАСПРОСТРАНЕННОСТЬ И СТАДИИ ДИАБЕТИЧЕСКОЙ РЕТИНОПАТИИ У ЛИЦ С САХАРНЫМ ДИАБЕТОМ ПРИ ПЕРВИЧНОМ ОБРАЩЕНИИ
Шахбазова Н.А., Ахундова Л.А., Ахундова Дж.З. · Azerbaijan Journal of Ophthalmology · 2012
İşin məqsədi. Azərbaycan Respublikasında şəkərli diabetin göz fəsadları şöbəsinə birinci dəfə müraciət edən 1 və 2 tipli şəkərli diabeti olan şəxslərdə diabetik retinopatiyamn yayılması və mərhələlərinin tədqiqi. Material və metodlarAkademik Zərifə Əliyeva adma Milli Oftalmalogiya Mərkəzinin göz fəsadları şöbəsində 2011-ci ildə müayinədən keçmiş diabetik retinopatiyalı xəstələrin tibbi kartları analiz olunmuşdur. Nəticə və müzakirəXəstəliyin müxtəlif mərhələlərində olan diabetik retinopatiya diaqnozlu 717 xəstənin (1434 göz) müayinəsinin nəticələri analiz olunmuşdur. Diabetik retinopatiyamn qeyri proliferativ mərhələsi 767 gözdə (53,49%), diabetik retinopatiyamn proliferativ mərhələsi isə 667 gözdə (46,51%) müşahidə olunmuşdur. Makulyar ödem 526 gözdə (36,68%), şüşəvari cismə qansızma - 130 gözdə (9,07%) qeyd olunmuşdur, torlu qişanın traksion qopması isə 67 gözdə (4,67%) aşkar olunmuşdur.Görməyə görə şikəstliyin azaldılması məqsədilə və diabet xəstələrin həyat keyfiyyətinin yaxşılaşdırılması üçün diabetik retinopatiyamn baxılan regionda yayılması və ağırlıq dərəcəsi haqqında informasiyanın olması zəruridir. 46,51% hallarda birinci dəfə müraciət edən xəstələrdə ilkin müayinə zamanı proliferativ diabetik retinopatiya aşkar olunur ki, bu da xəstələrin gecikmiş müraciətindən xəbər verir. YekunDaha detal tədqiqatlar və sübuta yetirilmiş meyarların (evidence- based screening criteria) tətbiqi ilə ümumdövlət skrininq sisteminin yaradılması diabetik retinopatiyalı pasientlərin görmə pozğunluğu və korluğunu əhəmiyyətli dərəcədə azalda bilər.
Cited by 0 works. Open-access PDF