К ВОПРОСУ О РЕАБИЛИТАЦИИ БОЛЬНЫХ СО СЛОЖНОЙ И СОЧЕТАННОЙ ПАТОЛОГИЕЙ СЛЕЗООТВОДЯЩИХ ПУТЕЙ
Заргарли И.А. · Azerbaijan Journal of Ophthalmology · 2010
Tədqiqat gözün yaşötürüjü yollarının müştərək zədələnmələri zamanı jərrahi müalijəsinin funksional nətijələrinin yaxşılaşdırılması məqsədini daşıyır.Görmə üzvünün, onun köməkçi aparatının və orbitanm zədəsi nətijəsində 2 aydan - 1 ilədək müddətdə əmələ gələn xroniki dakriosistitlə olan 48 xəstənin jərrahi müalijəsinin nətijələrinin təhlili aparılmışdır. Yaş yollarının «aktiv» və «passiv» göz yaşını ötürəbilmə qabiliyyəti tətqiq olunmuşdur. «Aktiv» gözyaşı ötürülməsi kanaljıq smağmm qoyulması ilə müəyyən edilir. Sınağın məğzi konyunktival kisəyə 0,5-1% flyuoressein məhlulunun damızdırılmasından və onnn göz alması konyunktivasmdan hansı müddətə itməsindən ibarətdir (5 dəq. qədər müsbət hesab edili, 6-10 dəq. - zəifləmiş, 10 dəq. çox - mənfi). «Passiv» gözyaşı ötürmə qabiliyyətinin tətqiqi yaş yollarının yuyulması zamanı müəyyənləşdirilir. Normada yaş yollarına şpris vasitəsilə yeridilən maye sərbəst burun boşluğuna keçir. Xəstələr 3 qrupa bölünmüşdür: I qrupda (22 xəstə) - ektaziya ilə olan xroniki dakriosistitlər zamanı yaş yolları intubasiya edilmədən xariji dakriosistorinostomiya; II qrupda (18 xəstə) - ektaziya ilə olan xroniki dakriosistitlər zamanı yaş yollarının intubasiyası ilə xariji dakriosistorinostomiya; III qrupda (8 xəstə) zədə mənşəli residivli dakriosistitlər zamanı (əvvəl intubasiyasız rinostomiya əməliyyatı aparılmışdır) yaş yollarının intubasiyası ilə təkrar rinostomiya.Bütün xəstələrdə əməliyyatdan əvvəl kanaljıq smağmm nətijələri mənfi olmuş, yaş yollarının yuyulması zamanı maye buruna keçməmişdir. Yaş yollarının intubasiyası aparılmadan xariji dakriosistorinostomiya nətijəsində 22 xəstədən 18-də yaşötürmənin tam bərpası müşahidə edilmişdir (81,8%). Bu qrupdan olan 4 xəstədə isə yaşötürmənin tam bərpası təkrar jərrahi müdaxilənin (yaş yollarının intubasiyası ilə dakriosistorinostomiya) aparılmasından sonra qeyd edilmişdir. Ektaziya ilə olan 18 travmatik və zədə mənşəli 8 residivli dakriosistlə olan xəstələrdə yaş yollarının intubasiyası ilə birlikdə aparılmış dakriosistorinostomiya yaş ötürmənin tam bərpa olunması ilə nətijələnmişdir. Yaş yollarında intubasiya olunan qruplarda müsbət nətijələrin əldə edilməsi intubasiya üçün olan borujuq yaş yollarından keçirilərkən ektaziyalı yaş kisəsindən kəsilmiş loskutu sıxaraq (onun burun boşluğundan sürüşüb çıxmaması və gələjəkdə residivin baş verməməsi məqsədilə loskut = 9-10 mm uzunluğunda kəsilir), burunun selikli qişası ilə daha sıx təmasını təmin edir. Bu səbəbdən onun yaş yollarında 2 aya qədər saxlanılması məsləhət görülür. İntubasiya üçün uzunluğu 9-10 sm xariji diametri 0,8 mm olan silikon borujuqdan istifadə olunur. Yaş nöqtəsindən və burundan çıxarkən boru burunun səthinə leykoplastr vasitəsilə fiksə edilir. Təklif olunan jərrahi müalijə metodu bu xəstəliyin ağırlaşmış klinik formaları zamanı nətijələrin nəzərə çarpan qədər yaxşılaşmasını təmin edir. Yaş ötürüjü yollann mürəkkəb və müştərək patologiyası zamanı yaş kanaljıqlan ilə rinostoma arasında yolun mütləq intubasiya olunmasının tətbiq edilməsi bu patologiya ilə xəstələrin müvəffəqiyyətlə reabilitasiya olunmasına zəmin yaradır.
Cited by 0 works. Open-access PDF