ТРАНСКРАНИАЛЬНОЕ ДУПЛЕКСНОЕ СКАНИРОВАНИЕ У ПАЦИЕНТОВ С ОСЛОЖНЕННОЙ КАТАРАКТОЙ
Керимов К.Т., Гаджиева С. А., Агаев М.М. et al. · Azerbaijan Journal of Ophthalmology · 2014
Məqsəd. Orta dərəcəli miopiya fonunda yetişməmiş fəsadlı kataraktalarm fakoemulsifikasiyası zamanı işlənib hazırlanmış nəbz-doppleroqrafiyası metodu ilə göz arteriyası və kirpikli cisimdə qan axınının vəziyyətinin öyrənilməsi. Material və metodlarBuməqsədlə 53-75 yaş arasında 22 xəstədə göz arteriyası və kirpikli cisimdə qan axınının vəziyyətini öyrənmək üçün müxtəlif modifikasiyalı intraokulyar linza implantasiya olunmaqla fakoemulsifikasiyadan əvvəl və 7, 15, 20 gün, 6, 12, ay sonra müayinə aparılmışdır.Hemodinamik parametrlər impuls-dalğa rejimində işləyən Sci Med (Böyük Britaniya ) firmasının “PC DOP-842 ” ultrasəs nəbz-doppler aparatı ilə öyrənilmişdir. NəticəAlınmış nəticələr göstərir ki, göz arteriyasında nəbz indeksi 7 gün ərzində 1,42 ± 0.25-dən 1,38 ±0,1 5-dək (p>0.05), rezistentlik indeksi 0,61 ±0,12-dən 0,57±0,09-dək (p>0;05), sistolo-diastolik münasibət isə 3,1 5 ± 0,21 -dən 2.78± 0.19-dək (p>0.05) azalmışdır ki, bu da göz arteriyasında qan axınına periferik təsirin azaldığını göstərir. Uyğun olaraq qanın həcm sürəti 7 gündən sonra 7,83±0,97 ml/san-dən 10.41±2,0 ml/san-dək (p<0,01) artır. Kirpikli cisimdə nəbz indeksi 7 gün ərzində 2,20±0,15-dən l,96±0,13-dək (p>0,05), rezistentlik indeksi 71±0,06-dan 0,67±0,01-dək (p>0,05), sistolo-diastolik münasibət isə 6,43±0,47-dən 6,05±0,49-dək (p>0,05) azalmışdır ki, bu da kipikli cisimdə qan axınına pcriferik təsirin azaldığını göstərir. Münasib olaraq qanın həcm sürəti 7 gündən sonra 2,62±0,27 ml/san-dən 2,85±0,73 ml/san-dək (p>0,05) artır. Beləliklə, fakoemulsifikasiyadan sonra göz arteriyasında və kirpikli cisimdə hemodinamik parametrlər cərrahi əməliyyatdan sonrakı ilkin dövrlərdə bərpa olunurlar.
Cited by 0 works. Open-access PDF