ЭФФЕКТИВНОСТЬ РАННЕГО ЛАЗЕРНОГО ВМЕШАТЕЛЬСТВА С ПРЕДВАРИТЕЛЬНОЙ ОДНОКРАТНОЙ ИНТРАВИТРЕАЛЬНОЙ ИНЪЕКЦИЕЙ БЕВАЦИЗУМАБА ПРИ ТРОМБОЗЕ МАКУЛЯРНЫХ ВЕТВЕЙ ЦЕНТРАЛЬНОЙ ВЕНЫ СЕТЧАТКИ

Кулиева А.Ш., Саидова Л.Х., Абдуллаева Э.А. · Azerbaijan Journal of Ophthalmology · 2011

İşin məqsədi - TQMV-nm makulyar şaxələrinin trombozu zamanı bevasizumabm birdəfəlik ilkin intravitreal inyeksiyası ilə erkən lazer müdaxilənin effektivliyinin öyrənilməsidir.TQMV-nın makulyar şaxələrinin trombozu diaqnozu ilə 31 pasiyent müayinə olunmuşdur. Müşahidə müddəti 12 ay davam etmişdir. Bütün pasiyentlər 3 qrupa bölünmüşdür: I qrupda 7 pasiyentdə (7 göz) bevasizumabın intravitreal inyeksiyası, II qrupda 9 pasiyentdə (9 göz) lazer müalicə, III qrupda 15 pasiyentdə (15 göz) isə bevasizumabın (Avastin) intravitreal yeridilməsindən sonra erkən lazer müalicə tətbiq edilmişdir. Ilin sonuna qədər I qrup pasiyentlərdə (7 göz) görmə itiliyi 0,05-0,08, II qrupda (9 pasiyent - 9 göz) 0,1-0,3 təşkil etmişdir. Kombinəedilmiş müalicə aparılan III qrupda isə (15 pasiyent - 15 göz) 6-cı ayın sonuna qədər Gİ 0,5-0,9 təşkil etmiş və ilin sonuna qədər stabil qalmışdır.III qrupda alınan yüksək nətisələrə əsaslanaraq biz belə nəticəyə gəlmişik ki, kombinəedilmiş müalicə (bevasizumabın intravitreal yeridilməsindən sonra lazer müalicə) makulyar ödemin uzunmüddətli azalması və görmə itiliyinin stabil artması üçün imkan yaradır.

Cited by 0 works. Open-access PDF

Authors