ПРЕИМУЩЕСТВА И НЕДОСТАТКИ КОМБИНИРОВАННОЙ СКВОЗНОЙ КЕРАТОПЛАСТИКИ С ЭКСТРАКАПСУЛЯРНОЙ ЭКСТРАКЦИЕЙ КАТАРАКТЫ И ИМПЛАНТАЦИЕЙ ИНТРАОКУЛЯРНОЙ ЛИНЗЫ (КЛИНИЧЕСКИЙ СЛУЧАЙ)

Касимов Э. М., Ибрагимова С.Н., Агаева Ф.А. · Azerbaijan Journal of Ophthalmology · 2020

Məqaladə, dəlib-keçən keratoplastika (DKK) ilə yanaşı aparılan kataraktanın ekstrakapsulyar ekstraksiyası (KEK) və gözdaxili linzanın (GDL) implantasiyası ilə aparılan cərrahi əməliyyat bir klinik hal şəklində təsvir olunub. Həmin əməliyyat buynuz qişa patologiyası ilə yanaşı kataraktası olan pasiyentlər üçün optimal bir cərrahi müalicə üsuludur.DKK ilə kombinə KEK və GDL implanyasiyası əməliyyatdan sonrakı dövrdə qısa reabilitasiya vaxtı və yüksək görmə itiliyi ilə nəticələnir. Qeyd etmək lazımdır kı, kombinə əməliyyat aparıldıqda təkrar əməliyyatların aparılmasına ehtiyac qalmır və transplantatın endotel hüceyrələrin itkisi riski olmur. Həmçinin bu əməliyyatın aparılması üçün cərrahın yüksək peşəkarlığı çox vacibdir.Beləliklə, cərrahın təcrübəsi və xəstə üçün təhlükəsiz olan cərrahi müalicə strategiyası əməliyyat üsulunun düzgün seçilməsi üçün vacibdir, hər bir xəstə üçün fərdi olaraq.

Cited by 0 works. Open-access PDF

Authors