СРАВНИТЕЛЬНАЯ ОЦЕНКА МЕДИКАМЕНТОЗНОГО ЛЕЧЕНИЯ ДИСБИНОКУЛЯРНОЙ АМБЛИОПИИ У ДЕТЕЙ СО СХОДЯЩИМСЯ КОСОГЛАЗИЕМ

Ханларова Н.А., Гаджиева Н.Р., Гулиева В.В. · Azerbaijan Journal of Ophthalmology · 2020

Məqsəd - çəpgözlüyün kompleks müalicəsində neyroprotektorların və qaragilə ekstraktının instillyasiyasının ambliopik gözün görmə itiliyinin artmasına təsirinin effektivliyini öyrənmək. Material və metordlarMüştərək çəpgözlük və müxtəlif dərəcəli ambliyası ola 3-8 yaş arası 226 uşaq müayinə edilmişdir. Pasiyentlər iki qrupa bölünmüşdür: I qrup (125 uşaq - 125 göz) - OMK-1 və OMK-2 neyroprotektorunun instillyasiyası ilə yanaşı kompleks pleopto-ortoptik müalicə alan pasiyentlər; II qrup (101 uşaq - 101 göz) - neyroprotektorun və tərkibində qaragilə ekstraktı olan Vis glyc preparatının instillyasiyası ilə kompleks pleopto-ortoptik müalicə alan pasiyentlər. Alınan nəticələr1. qrupda müalicədən sonra 0,1-0,3 görmə itiliyi ilə pasiyentlərin sayının 32 nəfərə qədər azalması orta hesabla 47% uşaqda müalicənin effektivliyini təsdiq edir. Belə ki, bu pasiyentlərdən 12-də (17%) görmə itiliyi 0,4-0,5 qədər artmış, 13-də (19%) isə 0,6-0,8 çatmışdır; 7 pasiyentdə (63,6%) görmə itiliyi 0,9-1,0 qədər artmışdır.2. qrupda müalicədən sonra 0,1-0,3 görmə itiliyi ilə pasiyentlərin sayının 27 nəfərə qədər azalması orta hesabla 81,8% uşaqda müalicə effektivliyini təsdiq edir, 0,6-0,8 görmə itiliyi ilə pasiyentlərin sayı isə 15 nəfərə (25,4%) qədər artmışdır. Müalicədən əvvəl mövcud olmayan 0,9-1,0 görmə itiliyi ilə 10 pasiyentin yaranması isə, görmə itiliyi 0,4-0,5 olan pasiyentlərdə müalicə effektivliyinin təsirli olduğunu göstərdi ki, 0,6-0,8 görmə itiliyi ilə bütün uşaqlar 100% görməyə nail olmuşlar. YekunAlınan nəticələrə əsasən, disbinokulyar ambliopiya ilə uşaqlara vaxtında (ildə 3-4 dəfə) neyroprotektorların instillyasiyası ilə birgə tərkibində qaragilə ekstraktı olan damcılarla pleoptik müalicəni etimadla tövsiyə etmək olar. Belə bir müalicə ambliyopiyanın inkişafının qarşısının alınmasına və binokulyar görmənin bərpasına şərait yarada bilər.

Cited by 0 works. Open-access PDF

Authors