ИНТРАВИТРЕАЛЬНОЕ ВВЕДЕНИЕ ДИПРОСПАНА ПРИ ЛЕЧЕНИИ ОТЕЧНО-ГЕМОРРАГИЧЕСКИХ ФОРМ ДИБЕТИЧЕСКИХ РЕТИНОПАТИЙ
Керимова Н.К., Керимова А.А., Керимов К.Т. · Azerbaijan Journal of Ophthalmology · 2018
Məqsəd - diabetik makulyar ödemin müalicəsində diprospanın intravitreal yeridilməsinin effektivliyinin öyrənilməsi. Material və metodlarMüxtəlif dərəcədə makular ödemi olan diabetik retinopatiyalı 56 xəstənin 56 gözündə müalicə məqsədi ilə diprospanın intravitreal yeridilməsinin effektivliyi araşdırılmışdır. Kontrol qrupda 58 xəstənin 58 gözündə makulyar ödemin aradan qaldırılması lazer koaqulyasiya vasitəsilə aparılmışdır. NəticəNəticələrin təhlili göstərmişdir ki, əsas qrupda diprospanın intravitreal yeridilməsi sayəsində 29 pasiyentdə (29 göz, 51,6%) makulyar ödemin yox olmasına gətirib çıxartmışdır. Bu I-II və qismən III dərəcəli makulyar ödemi olan pasiyyentlərə aiddir. Belə ki, 8 pasiyentdə (14%) makulyar ödem I dərəcəli, 19 pasiyentdə (34%) II dərəcəli makulyar ödemə qədər enmişdir. Fazerkoaqulyasiya nəticəsində I və II dərəcəli makulyar ödemi olan 20 pasiyentdə (34,6%) makulyar ödem kənar edilmişdir; 38 pasiyentdə (65,4%) makulyar ödem qalmışdır. YekunDiabetik makulyar ödemli pasiyentlərdə diprospanın intravitreal yeridilməsi yüksək anatomik və funksional nəticələrin alınmasına səbəb olur. Əldə edilmiş ədəbiyyat məlumatlarının müqayisəli analizi göstərir ki, makulyar zonada qişanın qalınlığının azalması və maksimal funksional nətəcələri əldə etmək üçün diprospanın intravitreal yeridilməsi daha effektivdir.
Cited by 0 works. Open-access PDF