ОЦЕНКА ЭФФЕКТИВНОСТИ ЛЕЧЕНИЯ ДИАБЕТИЧЕСКОГО ГЕМОФТАЛЬМА

Алиева Н.И., Касимов Э. М. · Azerbaijan Journal of Ophthalmology · 2013

İşin məqsədi. Hemoftalmla fəsadlaşmış proliferativ diabetik reinopatiyalı pasiyentlərdə YAG-lazer vitreolizisin nəticələrini qiymətləndirmək. Material və metodlarHemoftalmla fəsadlaşmış proliferativ diabetik retinopatiya diaqnozu ilə yaş həddi 36-69 arasında olan 61 pasiyentdə (67 göz) müayinə aparılmışdır. Onlardan 34-ü qadın (38 göz), 27-si kişi (29 göz) olmuşdur. Bütün pasiyentlərdə YAG-lazer vitreolizis aparılmışdır. Müayinə metodlarına daxildir: vizometriya, tonometriya, oftalmobiomikroskopiya, ultrasəs müayinələri - B-scan, kvantitativ exoqrahya, qanda hemoqlobinin səviyyəsinin təyini üçün biokimyəvi təhlil. YAG-lazer vitreolizis «Alcon 3000 LE» (USA) apparatmda icra olunmuşdur. Nəticə və onların müzakirəsiDiabetik hemoftalm zamanı YAG-lazer müalicəsinin aparılması erkən dövrdə və dinamikada 6 ay müddətində yüksək funksional nəticələr göstərmişdir. Metodun üstünlüyü əksgöstərişlərin az olması və fəsadlar riskinin minimal olmasıdır. Müalicə apardıqda karbohidrat mübadiləsinin kompensə olunma fonunda maksimal effekt almır. YekunBeləliklə, hemoftalmla fəsadlaşmış proliferativ diabetik retinopatiya zamanı YAG-lazer vitreolizis effektiv müalicə metodudur.

Cited by 0 works. Open-access PDF

Authors