ДЕФЕКТ КОНЪЮНКТИВАЛЬНОГО ЛОСКУТА ПРИ ТРАБЕКУЛЭКТОМИИ С ПРИМЕНЕНИЕМ МИТОМИЦИНА С (КЛИНИЧЕСКИЙ СЛУЧАЙ)

Ибрагимова С.Н., Агаева Ф.А. · Azerbaijan Journal of Ophthalmology · 2018

Məqalədə, nadir hallarda baş verən, trabekulektomiya əməliyyatının ağırlaşması ilə bir kliniki hal təsvir olunub. Konyunktival loskutun trabekulektomiya əməliyyatı zamanı cırılması çox ciddi bir ağırlaşma kimi giymətləndirilir. Bu ağırlaşma əməliyyatın mənfi nəticələnməsinə gətirə bilər.Beləliklə, belə bir ağırlaşma ilə üzləşməmək üçün əməliyyat qabağı dövrdə pasiyentin yaşı, birləşdirici toxumanın sistem xəstəlikləri və konyunktivanın xüsusiyyətləri nəzərə alınmalıdır. Əməliyyat zamanı isə antimetobolitlərin ehtiyatlı istifadəsi, dişli pinset istifadə edilməməsi, konyunktiva ilə səliqəli davranma, konyuktival qüsurun vaxtında aşkarlanması və lazım olan tədbirlərin, qüsurun yeri və ölçüsündən asılı olaraq, aparılması vacibdir. Bu, əməliyyatın müsbət nəticəsinə nail olmaq və trabekulektomiyanın daha da ağır ağırlaşmasının qarşısını almaq üçün yeganə yoldur.

Cited by 0 works. Open-access PDF

Authors