СОСТОЯНИЕ ГЕМОДИНАМИЧЕСКИХ ПАРАМЕТРОВ КРОВОТОКА В ЦИЛИАРНОМ ТЕЛЕ ПРИ ФАКОЭМУЛЬСИФИКАЦИИ НЕЗРЕЛОЙ ОСЛОЖНЕННОЙ КАТАРАКТЫ НА ФОНЕ СЕНИЛЬНОЙ МАКУЛОДИСТРОФИИ С ИМПЛАНТАЦИЕЙ ИОЛ "ACRYSOF"

Гаджиева-Азизова С.А., Мамедзаде А.Н., Ахмедова А.Дж. et al. · Azerbaijan Journal of Ophthalmology · 2010

İşin məqsədi: ultrasəs müayinəsi metodlarının köməyilə yetişməmiş fəsadlı kataraktamn süni “AcrySof” büllurunun müxtəlif modifikasiyalarmm implantasiyasıyla fakoemulsifikasiyası zamanı kirpikli cisimdə hemodinamik vəziyyətin öyrənilməsində metodikanın işlənib hazırlanması. Material və metodKirpikli cisimdə qan axınına təsir göstərə biləcək ümumi damar xəstəlikləri inkar olunmuş senil makulodistrofiya fonunda yetişməmiş fəsadlı katarakta diaqnozuyla yaş həddi 57 ilə 72 arasında olan 25 pasiyentdə ultrasəs müayinəsi kompleks şəkildə həyata keçirilmişdir. Pasientlər “Alcon” (ABŞ) firmasının süni “AcrySof” büllurunun implantasiyasıyla gedən fakoemulsifikasiyadan əvvəl və sonra müayinə olunmuşlar.Alınmış nəticələr və müzakirə: Alınmış nəticələrə əsasən bütün hemodinamik parametrlər dəyişikliyə məruz qalmışlar. Nətijələrin müzakirəsi təsdiq edir ki, senil makulodistrofiya fonunda yetişməmiş fəsadlı kataraktamn inkişafında əsas etioloji faktor hemodinamikanın pozulmasıdır.Fakoemulsifikasiya əməliyyatından sonra rezistentlik indeksləri enir, xüsusilə də 6 və 12-ci aylardan sonra. Spektral genişlənmə indeksi normaya yaxınlaşmışdır. Qan axınının maksimal və orta xətti və pik sürətləri statistik dürüst artır və qan axınının həcm sürəti yüksəlir. Kirpikli cismin qalınlığının artması normal həddi keçir.Beləliklə, demək olar ki, siliar arteriyalarda qan axınının çoxsaylı hemodinamik parametrlərinin həddən artıq yaxşılaşması süni “AcrySof” büllurunun implantasiyasıyla fakoemulsifikasiyamn gözün ön seqmentinin qan dövranına müsbət təsiri ilə əlaqədardır.

Cited by 0 works. Open-access PDF

Authors