ХАРАКТЕРНЫЕ ОСОБЕННОСТИ РАЗВИТИЯ ПАТОЛОГИЧЕСКОГО ПРОЦЕССА ПО ДАННЫМ ЭЛЕКТРОРЕТИНОГРАФИИ В КЛИНИЧЕСКОЙ ПРАКТИКЕ У ПАЦИЕНТОВ НА РАЗНЫХ СТАДИЯХ ПЕРВИЧНОЙ ОТКРЫТОУГОЛЬНОЙ ГЛАУКОМЫ

Стоцкая Л.М., Перетягин О.А, Храменко Н.И. et al. · Azerbaijan Journal of Ophthalmology · 2016

Məqsəd – müxtəlif mərhələlərdə birincili açıqbucaqlı qlaukomalı pasiyentlərdə kliniki təcrübədə elektroretinoqrafyanın göstəricilərinə görə patoloji prosesin inkişafının xarakter xüsusiyyətlərini öyrənmək. Material və metodlar Kompleks kliniki və neyrofzioloji tədqiqatlar 186 pasiyent (358 göz) üzərində “V.P.Filatov ad. göz xəstəlikləri və toxuma terapiyası institutu” DM bazasında aparılmışdır. Nəticə Müxtəlif mərhələlərdə birincili açıqbucaqlı qlaukomalı pasiyentlərdə tor qişanın daxili və xarici qatlarında neyrofzioloji proseslərin tədqiqinin təhlili nəticələri təqdim olunub.İlk dəfə olaraq kliniki təcrübədə neyrofzioloji metod – elektroretinoqrafyanın istifadəsi ilə müxtəlif mərhələlərdə birincili açıqbucaqlı qlaukomalı pasiyentlərdə fotoreseptor hüceyrələrin (çubuqcuqlar və kolbacıqlar) latent dövrünün və potensiallar amplitudlarının, ikinci dərəcə neyronların, eləcə də müller qliositlərinin dəyişikliklərinin tezliyi göstərilmişdir. Bu zaman patoloji dəyişikliklər daha tez tor qişanın daxili qatının fotoreseptor hüceyrələrində müşahidə edilmişdir. Yekun Patoloji prosesin artması ilə tor qişanın daxili və xarici qatları neyronlarının müvafq xarakteristika göstəricilərinin normadan kənara çıxması tezliyinin artması baş verir.

Cited by 0 works. Open-access PDF

Authors