КОРРЕЛЯЦИОННЫЕ ОСОБЕННОСТИ АДРЕНО-ХОЛИНЕРГИЧЕСКИХ ВЗАИМООТНОШЕНИЙ В ФОРМИРОВАНИИ И ТРАНСФОРМАЦИИ СИНДРОМА "СПАЗМ АККОМОДАЦИИ" У ДЕТЕЙ, ПЕРЕНЕСШИХ ПРЕ-, ПЕРИНАТАЛЬНУЮ ЭНЦЕФАЛОПАТИЮ

Касимов Э. М., Салманова С.З., Гусейнова С. К. et al. · Azerbaijan Journal of Ophthalmology · 2019

Məqsəd - pre-, perinatal ensefalopatiyanın bərpa etaplarında görmə analizatorunun senso-motor göstəricilərinin beyin qabiğının faza hallarının və adreno-xolinergik əlaqələrlə korrelyasiyasının araşdırılması Material və metodlarMaterial son 10 ildə Milli Oftalmoloqiya Mərkəzində müayinə və müalicə olunmuş 3 həftəlikdən 7 yaşadək yaş dövrünü əhatə edən 2000 uşağı əhatə edir.Tədqiqatda aparılan müayinələr: - görmənin mnestik və qnostik funksiyalarının subyektiv qiymətləndirilməsi,- görmənin mnestik təəsüratmın beyin qabığına ötürülmə sürətinin təyini (törədilmiş görmə potensiallarının latentlik komponentlərinin təyini),- EEQ-da ritmik fotostimulun mənimsənilmə reaksiyasının qiymətləndirilməsi,- baş beynin neyrosonoqrafik xarakteristikasının icmalı- baş beynin icmal maqnit-nüvə tomoqrafiyası,- göz dibinin icmal xarakteristikası,- baxışın icmal xarakteristikası (verqent funksiyalar),- statik və dinamik refraksiyalann təyini,- nisbi (müsbət və mənfi) akkomodasiyanın təyini,- görmə analizatorunun vestibulyar dəstək reflekslərinin tədqiqi,- göz yuvasının və göz almasının rəngli doppler kartlaşdınlması NəticəPre-, perinatal serebral görmə zədələnmələri olan körpələrdə görmə təşəkkülünün ləngiməsi, optiko-kinetik dezadaptasiya, akkomodasiyanın spazmı sindromları araşdırılmış, onların patogenetik mexanizmləri tətqiq edilmişdir. Sindromların dinamikasında katexolamin-eksayt demping mexanizminin rolu və onun xolinergik irritasiya ilə qarşılıqlı əlaqəsi öyrənilmiş, müxtəlif yaş etaplarında bu patogenik mexanizmlərin medikamentoz korreksiya sxemləri işlənib hazırlanmışdır. YekunAlınan nəticələr və tövsiyə olunan müalicə sxemləri praktik oftalmologiyada gündəlik diaqnostika və müalicə işində, həmçinin bu istiqamətdə yeni axtarışlar ücün səmərəli ola bilər.

Cited by 0 works. Open-access PDF

Authors