НЕКОТОРЫЕ ХОЛИНЕРГИЧЕСКИЕ МЕХАНИЗМЫ ФОРМИРОВАНИЯ АМБЛИОПИЙ У ШКОЛЬНИКОВ НАЧАЛЬНЫХ КЛАССОВ
Салманова С.З., Касимов Э. М., Гашимова Н.Ф. · Azerbaijan Journal of Ophthalmology · 2014
Tədqiqat serebral zədələnmələri olan uşaqlarda görmənin bəbək-akkomodasiya, okulomotor, vazomotor və vestibulyar dəstək mexanizmlərinin adreno-xolinergik münasibətlərinin klinikasını və katamnezini izləmək məqsədilə aparılmışdır. 10 il ərzində serebral zədələnmələri olan 2000 uşaqda görmə analizatorunun sensomnestik və optiko-kinetik göstəriciləri yenidogulmuş, südəmər, erkən və məktəbəqədər yaş dövrlərinə adaptasiya olunmuş alqoritm əsasında ilbəil müayinə olunmuşdur. Bu tədqiqatlarmnəticələri,son3 ildə buuşaqlarsırasındanməktəblilərə qatılmışlarm 225-də cədvəl vizometriyası və statik refraktometriyanın göstəriciləri ilə zənginləşdirilmişdir.Alınan nəticələr sübüt etmişdir ki, serebral görmə zədələnmələrinin prognozu sinir sisteminin patologiyasının pre-, perinatal ensefalopatiya, yaxud beyin qan dövranının kəskin pozulması və ya perinatal toksiko-hipoksik ensefalopatiya xarakterli olmasından çox asılıdır. Məlum olmuşdur ki, beyin qan dövranının kəskin pozulması ilə doğulan hər 10 körpənin birində (400 müayinə olunandan 42-də) ilk məktəb illərində ambliopiya qeyd olunur. Toksiko-hipoksik ensefalopatiya ilə doğulanların hec birində neonatal dövrdə görmə diqqətinin qeyri-adekvatlığı rast gəlməsə də, klinik təzahürlərlə xolinergik mexanizmlərin irritasiya dərəcəsi arasında xətti müsbət korrelyasiya aşkar edilmişdir. Bu meyl, əsasən, göz dibi damarlarında və reflector dermoqrahzm göstəricilərində əks olunmaqla, pleoptik tədbirlərin nəticələrinə mənh təsir göstərir.Tədqiqatın ən başlıca nəticəsi pre-, perinatal xarakterli zədələnməsi olan körpələrin hamısında, istinasız olaraq, görmənin sensomnestik dehsitinin südəmər dövrdən aşkar edilməsi və bu halın ən azı ilk məktəb illərinə qədər tam bərpasının mümkünsüzlüyünün sübut edilməsidir. Son illərdə müəlliflər tərəfindən işlənib hazırlanmış sxem əsasında Qalidor və Meksidol preparatlarının tətbiqi ilə aparılan müalicə kurslarının görmə afferentasiyası zəifləmiş uşaqlarda xolinergik irritasiya meylini azaltdığı aşkar edilmiş və bu istiqamətdə tədqiqatlar davam edir.
Cited by 0 works. Open-access PDF