НЕХОДЖКИНСКАЯ ЛИМФОМА ОРБИТЫ АССОЦИИРОВАННАЯ С ВИРУСОМ ЭПШТЕЙНА-БАРРА (КЛИНИЧЕСКИЙ СЛУЧАЙ)

Ибрагимзаде Г.Т., Алекперова А.А., Меликов Р.Н. et al. · Azerbaijan Journal of Ophthalmology · 2018

Epstein-Barr virusu (EBV) və ya 4-cü tip insan herpesvirusu - herpesviruslar fəslinin qammaherpesviruslar yarımfəslindən olan virus növüdür.EBV digər herpesviruslarla yanaşı insan bədənində şiş hüceyrələrinin formalaşmasında mühüm rol oynayır, limfoid və epitel genezli müxtəlif şişlərlə assosiasiya edilir və dünyada xərçəng xəstəliyi üzrə ölüm səbəblərinin 1,8%-ni təşkil edir.Hazırki məqalədə EBV fonunda qeyri-Hockin orbital limfoma aşkar edilmiş 2008-ci il təvəllüdlü pasiyent S.A.- da kliniki hal nəzərdən keçirilmişdir. Ümumi vəziyyətinə görə pasiyent Milli Onkologiya Mərkəzinə keçirilmişdir, orada 08.06.2018-ci il tarixdə uşağa retrobulbar törəmənin biopsiyası məqsədi ilə transkonyunktival orbitotomiya və orbitanın dekompressiyası aparılmışdır.Orbital şişin bioptatının immunohistokimyəvi tədqiqi göstərmişdir ki, bəzi kiçik sahələrdə qan hüceyrələri fonunda yaxmada, monomorfoloji quruluş ilə hüceyrə strukturları arasında yüksəlmiş nüvə-sitoplazmatik nisbəti ilə cüzi miqdarda hüceyrə elementləri müşahidə edilmişdir, bu da maliqnizasiya nişanıdır.Hazırki patologiya zamanı ilbəil ölüm hallarının 2-4% artmasını nəzərə alaraq, biz uşaqda EBV fonunda qeyri- Hockin limfoması olan kliniki halı paylaşmağı vacib bilmişik.

Cited by 0 works. Open-access PDF

Authors