ЦВЕТОВОЕ ДОППЛЕРОВСКОЕ КАРТИРОВАНИЕ У ДЕТЕЙ С МАКУЛОДИСТРОФИЯМИ
Мамедзаде А.Н., Гаджиева-Азизова С.А., Гашимова Н.Ф. et al. · Azerbaijan Journal of Ophthalmology · 2010
İşin məqsədi: makulodistrofiya zamanı uşaqlarda rəngli doppler müayinəsinin köməyi ilə göz damarlarda hemodinamik parametrlərin öyrənilməsi olmuşdur.Makulodistrofiya diaqnozu ilə yaş həddi 6-14 arasında olan 12 uşaqda (18 göz) müayinə aparılmışdır.Onlardan 7-si qız, 5-i oğlan olmuşdur.Rəngli doppler kartlaşdırma «TOSHIBA» firmasının «Nemio XG SSA-580A» ultrasəs diaqnostik aparatında 7.5Mhz xətti datçik vasitəsilə həyata keçirilmişdir.Məlum olmuşdur ki, uşaqlarda makulodistrofiya zamanı hemodinamik parametrlərin nəzərə çarpan dəyişikliyi tor qişanın mərkəzi arteriyasında baş vermişdir.Beləliklə, rəngli doppler müayinəsi pediatrik oftalmologiyada informativ metod hesab olunur.
Cited by 0 works. Open-access PDF