К ВОПРОСУ ДИАГНОСТИЧЕСКИХ ВОЗМОЖНОСТЕЙ ОПТИЧЕСКОЙ КОГЕРЕНТНОЙ ТОМОГРАФИИ ПЕРЕДНЕГО ОТРЕЗКА ГЛАЗА ПРИ МЕХАНИЧЕСКОЙ ТРАВМЕ

Намазова И.К., Шамилова Ф.Г., Гашымова Н.Ф. et al. · Azerbaijan Journal of Ophthalmology · 2012

Zədələnmiş gözün müayinəsi üçün optimal metodikanın axtarışı gözün ön kəsiyinin optik koherent tomoqrafiyasının (GÖK-OKT) seçimi xeyrinə bəraət qazandıırır. Visante-OCT (Carl Zeiss, AFR) köməyi ilə aparılan GÖK-OKT gözün ultranazik strukturlarının müayinəsi üçün təxsis edilən müasir yüksəktexnologiyalı üsullardan biridir. Toxumaların köndələn skanedilməsi 1310 nm dalğa uzunluqlu superlyuminessent diod vasitəsi ilə aparılır. Məqsəd. Hazırki tədqiqatın məqsədi müxtəlif yaş aspektində mexaniki travmanm xüsusiyyətlərini aşkar etmək üçün GÖK-OKT-nin potensial imkanlarını öyrənmək. Material və metodlarHazırki məlumat görmə orqanının mexaniki travmasından sonra lyaş 2 aylığından 72 yaşa kimi. 58 halda zədə açıq, 40 halda isə qapalı xarakter daşıyırdı. Bunlarda 52 halda GÖK-OKT aparılmışdır. Nəticə və onların müzakirəsiGÖK-OKT metodikanın xüsusiyyətləri ondan ibarətdir ki, klinisist dərhal alınan zədədən sonra və cərrahi işlənmədən sonra ən yaxın müddətdə gözün strukturlarını müayinə etmək imkanına malikdir. Qoyulan məqsədə uyğun olaraq, kliniki müşahidələrin təhlili, müayinənin ilk etapı kimi, GÖK-OKT üçün optimal göstəriciləri uyğunlaşdırmağa imkan vermişdir. OKT, biomikroskopik müayinə metodikası ilə bir sırada, optimal bir metod kimi, vizualizasiyası çətin olan ön kameranın strukturlarının müayinəsi üçün, həmçinin buynuz qişanın dəyişiklikləri olduğundan, çox əlverişlidir.Aparılan tədqiqatlar nəticəsində buynuz qişanın dəlik nahiyəsində qeyri-bərabər qalınlaşmadan geniş nazilməsinə qədər polimarf dəyişiklilər aşkar edilmişdir, bu da alınan zədənin ağırlığını, yaranan fəsadların xarakterini əks etdirir. Buynuz qişanın mexaniki travmasının kliniki təzahürünün xarakteri və ağırlığına görə, onun arxitektonikasının dəyişiklikləri olduqca çoxvariantlıdır. Müşahidələr göstərir ki, onların sırasında buynuz qişanın dessemet membranının qopması (DMQ), mexanili travmanın fəsadı kimi, çox rastgəlinən haldır. Ədəbiyyata görə DMQ daha tez buynuz qişanın cərrahi travma nəticəsində yaranan fəsad kimi müzakirə olunur. GÖK-OKT zamanı vizualizasiyanın imkanı, zadələnmənin xarakteri, buynuz qişanın yara kanalanın adaptasiyası, buynuz qişanın dərin qatlarının deşilib-əzilməsi, əyri yara kanalı əlaməti ilə yaranın işlənməsi texnikasını təadiq edib, bəzi düzəlişlərin aparılmasına şərait yaratmışdır. Güzehli qişanın posttravmatik dəyişiklikləri polimorf olub, hansı ki, iridodializ, koloboma, aniridiya sahəsi kimi diaqnostika olunurlar. Müalicə taktikasının, dinamik müşahidənin müəyyən edilməsi üçün GÖK-OKT-da travmadan sonra aşkar olunan formalaşan kista, boşluq törəmələri kimi qüzehli qişanın dəyişiklikləri, o cümlədən uşaq yaşlı pasiyentlərin zədədən sonra uzaq nəticələri, olduqca vacibdir.OKT ikincili posttravmatik qlaukomanın inkişafının potensial risk amilini vaxtlı-vaxtında aşkar etməyə imkan yaradır. Onların içində ön kamera bucağı (ÖKB) strukturlarının resessiyası, iridokorneal sinexiyalar, qoniosinexiyalar, bitişmələr, daha tex ekrana çıxan buynuz qişanın dəyişiklikləri, məsələn, ödemi kimi patoloji dəyişikliklər müşahidə edilir. Skanoqrammalarda aşkar olunan dəyişikliklər daha çox müştərək xarakter daşıyır. ÖKB-nın dəyişiklikləri həmçinin şüşəvari cismin şişməsi nəticəsi ola bilər. Daha tez iltihabi proses və qansızma ilə fəsadlaşan iridokorneal kontakt sulu mayenin arxa kameradan ön kameraya retensiyasını çətinləşdirir. Təzyiqin artması qüzehli qişanın kökünün önə yerdəyişməsinə gətirir, bu da ÖKB-nın əvvəlcə funksional, sonra isə orqanik blokuna şərait yaradır. Yekunİlk müşahidələrimizi ümumiləşdirərək, qeyd etmək lazımdır ki, gözün mexaniki travmasının xüsusiyyətlərinin, təzahürünün tədqiqi zamanı OKT, gözün ön kəsiyi strukturlarının kontaktsız müayinəsinə görə, şübhəsiz, üstünlüyə malikdir. Bu metod travmadan sonra dəyişilmiş göz strukturlarını, topoqraf-anatomik əlaqənin pozulmasını detallaşdırmağa şərait yaradır və, həmçinin bu və ya digər fəsadların potensial risk amilini aşkar edərək, optimal müalicə taktikanın seçimini qabaqcadan müəyyənləşdirir.

Cited by 0 works. Open-access PDF

Authors