ПРИЧИНЫ И ЧАСТОТА ДИСЛОКАЦИЙ ИОЛ ПОСЛЕ ЭКСТРАКЦИИ ТРАВМАТИЧЕСКОЙ КАТАРАКТЫ
Гусейнов Э.С. · Azerbaijan Journal of Ophthalmology · 2011
Məqsəd. Travmatik kataraktanm ekstraksiyasından sonra arxa kameralı İOL-un dislokasiyasmm səbəblərinin və tezliyinin müəyyən edilməsi. Material və metodlarİşdə İOL-un implantasiyası ilə travmatik kataraktanın ekstraksiyasının nəticələri retrospektiv şəkildə təhlil edilmişdir. 70 cərrahi əməliyyat aparılmış, onlardan fakoemulsifikasiya üsulu (FEK) 25 (35.7%) xəstə, travmatik kataraktanın tikişsiz tonnel ekstraksiyası (TEK) isə 45 (64.3%) xəstə üzərində icra olunmuşdur. Əməliyyat olunmuş xəstələrin 17-də (24.2%) İOL-un dislokasiyası müşahidə edilmişdir: kliniki - 2-də (2.8%), həndəsəli - 15-də (21.4%). NəticələrKliniki dislokasiya müşahidə edilən 2 halda, təkrar zədə alan gözdən əməliyyat olunan 1 xəstədə İOL-un repozisiyası və qüzehli qişaya fiksasiyası, ikinci halda isə dislokasiya olunan linzanın dəyişdirilməsi və skleraya fiksasiyası tələb olunmuşdur.
Cited by 0 works. Open-access PDF