КВАНТИТАТИВНАЯ ЭХОГРАФИЯ В ДИАГНОСТИКЕ ДИАБЕТИЧЕСКОГО ГЕМОФТАЛЬМА
Алиева Н.И., Мамедзаде А.Н. · Azerbaijan Journal of Ophthalmology · 2013
İşin məqsədi. Diabetik hemoftalm zamanı kvantitativ exoqrafiya metodikasının imkanlarını müəyyənləşdirmək. Material və metodlarHemoftalmla fəsadlaşmış proliferativ diabetik retinopatiya diaqnozu ilə yaş həddi 38-69 arasında olan 35 pasiyentdə (38 göz) müayinə aparılmışdır. Onlardan 21-i qadın (22 göz), 14-ü kişi (16 göz) olmuşdur. Tor qişanın traksion qopması və kobud vitreoretinal bitişmələrlə olan pasiyentlər tədqiqata daxil olmamışdır. Ultrasəs müayinə metodu olan kvantitativ exoqrafiya metodikası «TOSHIBA» firmasının «Nemio XG SSA-580A» ultrasəs diaqnostik aparatında 7,5 mHz xətti datçik vasitəsilə həyata keçirilmişdir. Nəticə və onların müzakirəsiAparılan tədqiqatlar diabetik hemoftalmla olan pasiyentlərdə müalicə taktikasının planlaşdırılması və nəticilərin proqnozlaşdırılması üçün diaqnostik kriteriləri müayyənləşdirməyə imkan yaratmışdır. Kvantitativ exoqrafiya göstəriciləri əsasında YAG-lazer vitreolizisin aparılmasında lazer impulsunun parametrləri təyin olunmuşdur. YekunBeləliklə, hemoftalmla fəsadlaşmış diabetik retimopatiyalı pasiyentlərdə optimal nəticələrin əldə edilməsi üçün kvantitativ exoqrafiyanm aparılması müalicə taktikasının seçilməsinə imkan yaradan vacib diaqnostik müayinə metodudur.
Cited by 0 works. Open-access PDF