ЛЕЧЕНИЕ ПОМУТНЕНИЙ РОГОВИЦЫ ПОСЛЕ ПЕРЕНЕСЕННОГО ОФТАЛЬМОГЕРПЕСА
Гулиева М.Г. · Azerbaijan Journal of Ophthalmology · 2018
Məqsəd - keçirilmiş oftalmoherpesdən sonra müxtəlif intensivli buynuz gişa bulanmalarının müalicəsində katarakta əleyhinə damcıların istifadəsinin effektivliyinin öyrənilməsi. Material və metodlarBizim nəzarət altında keçirilmiş oftalmoherpesdən sonra (herpetik keratit, keratouveit) müxtəlif intensivli buynuz gişa bulanmaları ilə xəstələrin sayı cəmi 360 xəstə olmuşdur (188 kişi və 172 qadın, 24-72 yaş həddində, orta hesabla (41,5±12,3) yaş). Tədqiqata hər üç qrupda (birinci əsas, ikinci əsas və müqayisə qruplarında) 120 xəstə (120 göz) daxil edilmişdir: leykoma ilə - 42 xəstə (42 göz), makula ilə - 210 xəstə (210 göz) və nubekula ilə 108 (108 göz). NəticəBirinci əsas qrupda Oftan-kataxrom damcısı ilə müalicə alan 120 xəstədən - aydın bildirilmiş terapevtik effekti (görmə itiliyinin artırılması 10%-dan artıq) 99 (82,5%) xəstədə, zəif müalicəvi təsiri (görmə itiliyinin artırılması 10%-dan az) 12 xəstədə (10%), təsirin olmaması 9 (7,5%) xəstədə qeydə alınmışdır. İkinci əsas qrupda Quinax damcısı ilə müalicə alan 120 xəstədən - aydın bildirilmiş müalicəvi təsiri 78 (65%) xəstədə, zəif müalicəvi təsiri 22 (18,3%) xəstədə, təsirin olmaması 20 (16,7%) xəstədə qeydə alınmışdır. Nəzarət qrupundaTaufon damcısı ilə müalicə alan 120 xəstədən - aydın bildirilmiş müalicəvi təsiri 82 (68,3%) xəstədə, zəif müalicəvi təsiri 19 (15,8%) xəstədə, təsirin olmaması 19 (15,8%) xəstədə qeydə alınmışdır. YekunOptimal nəticə əldə etmək üçün və görmə itiliyinin artırılmasına nail olmaq məqsədi ilə residivləşən oftalmoherpesdən sonrakı buynuz qişanın müxtəlif dərəcəli bulanmalarının müalicəsində katarakta əleyhinə Oftan- kataxrom damcısının standart sovrulducu müalicə ilə eyni zamanda və bitirdikdən sonra monoterapiya şəklində istifadəsi məsləhətdir.
Cited by 0 works. Open-access PDF