ТРАБЕКУЛЯРНАЯ АСПИРАЦИЯ В КОМБИНАЦИИ С ФАКОЭМУЛЬСИФИКАЦИЕЙ КАТАРАКТЫ У БОЛЬНЫХ С ПСЕВДОЭКСФОЛИАТИВНЫМ СИНДРОМОМ
Агаева Ф.А., Касимов Э. М. · Azerbaijan Journal of Ophthalmology · 2011
İşin məqsədi: Psevdoeksfoliativ sindromu (PES) olan xəstələrdə fakoemulsifikasiya zamanı aparılan bimanual trabekulyar aspirasiyanın (TA) kliniki effektivliyinin qiymətləndirilməsi. Material və metodProspektiv müqayisəli təhlili aparılmıs PES və katarakta ilə 19 xəstə (20 göz) iki qrupa bölünüb. Birinci qrupda fakoemulsifikasiya ilə yanaşı TA, ikinci qrupda isə- standart fakoemulsifikasiya aparılıb. Göz daxili təzyiqin (GDT) azalması; mərkəzi görmə funksiyası, postoperativ fəsadların rast gəlmə tezliyi qiymətləndirildi. Alınmış nəticələrPostoperativ müşahidə vaxtı orta hesabla 7.5 həftə idi. Əməliyyatdan öncə GDT orta hesabla birinci qrupda (10göz)18.5 mmHg, ikinci qrupda (10 göz) isə 17.8 mmHg təşkil edib. Əməliyyatdan sonra son kontrol GDT orta hesabla birinci qrupda 10 mmHg, ikinci qrupda isə 15.4 mmHg qədər azalmışdır. Erkən postoperativ GDT-in artması (>21 mmHg) 3 gözdə izlənildi. TA aparılan xəstələrin 20% dessemetolizis, 30% isə qan refluksu müşayiət olunmuşdur. YekunPsevdoeksfoliativ sindromu olan xəstələrdə fakoemulsifikasiya zamanı aparılan trabekulyar aspirasiya kliniki əhəmiyyət daşıyır və aşağı gözdaxili təzyigi əldə edərkən psevdoeksfoliativ qlaukomanın əmələ gəlməsinin riskini azaldır.
Cited by 0 works. Open-access PDF