НАШ ОПЫТ ИСПОЛЬЗОВАНИЯ КОМПЬЮТЕРНЫХ ИГР В ВОССТАНОВЛЕНИИ БИНОКУЛЯРНОГО ЗРЕНИЯ ПОСЛЕ ХИРУРГИЧЕСКОГО ЛЕЧЕНИЯ КОСОГЛАЗИЯ
Гаджиева Н.Р., Курбанова Н.Ф., Гасанова С.О. · Azerbaijan Journal of Ophthalmology · 2010
“Meko-KAPBIS” müalicə diaqnostik kompüter proqramına binokulyar dərin və stereoskopik görmənin bərpasına ambliopiya ilə mübarizəyə yönəlmişdir oyun məşqləri daxildir.İşin məqsədi çəpgözlük əməliyyatı keçirilmiş uşaqlarda əməliyyatdan sonrakı dövrdə Meko kapbis müalicə diaqnostik kompüter proqramından istifadə etməklə binokulyar steroskopik görmənin bərpasının və ambliopiyanın kompleks müalicəsinin səmərəliliyinin təhlilidir.Yaşı 5-dən 14-yaşa qədər olan 42 uşaq reablitasiya kursunu keçmişdir. Xəstələr 3-əsas qrupa ayrılmışdılar. Oftalmoloji müayinələr vizometriya refraktometriya çəplik bucağının təyini biomikroskopiya oftalmoskopiya görmənin xarakteri aid edilmişdir. Görmənin optimal korreksiyası təyin olunmuş və reablitasiya kursu keçirilmişdir.Əməliyyata qədər xəstələrin heç birində binokulyar görmə olmamışdır. Keçirilmiş kursdan sonra 1-ci qrup xəstələrin 54.5%-ində birmomentli görmə əmələ gəlmişdir. 2-ci qrup xəstələrin 71.4%-ində binokulyar görmənin bərpası mümkün olmuşdur. 3-cü qrup xəstələrin 30.7%-ində davamsız binokulyar görmə meydana gəlmişdir. “Meko-KAPBIS” proqramı binokulyar görmənin bərpası üçün lazım olan oyunları özündə cəmləşdirir, xüsusi aparat tələb etmir və uşaqlarda maraq oyadır. Lazım olduqda kursu təkrar etmək olar.
Cited by 0 works. Open-access PDF