ЭФФЕКТИВНОСТЬ ОЗОНОТЕРАПИИ В КОМБИНИРОВАННОМ ЛЕЧЕНИИ ТЯЖЕЛОГО СТРОМАЛЬНОГО ГЕРПЕТИЧЕСКОГО КЕРАТИТА
Гулиева М.Г., Магомедова С.И., Зейналова Э.И. et al. · Azerbaijan Journal of Ophthalmology · 2010
Məqsəd. Ağır stromal herpetic keratitlərin kompleks müalicəsində istifadə edilən ozonoterapiya üsulunun effektivliyinin müqayisəli kliniki tədqiqi. Material və metodlarTədqiqatda 17-63 yaşda olan 26 xəstə (15 kişi və 11 qadın) iştirak etmişdilər. Əsas qrupa daxil olan 14 xəstə (14 göz) medikamentoz müalicə ilə birgə ozonoterapiya kursu keçmişdilər, nəzarət qrupuna daxil olan 12 xəstə (12 göz) yalnız medikamentoz müalicə almışdır. NəticəTədqiqat göstərmişdir ki, ağır stromal herpetic keratitlərin kompleks müalicəsində ozonoterapiya üsulunun istifadəsi virusid, iltihab əleyhinə, bərpaedici və digər əlavə terapevtik təsir gəstərərək bu xəstəliyinin müalicə müddətini qısaldır, sağalmanı tezləşdirir və bəzi klinik nəticələri yaxşılaşdırır.
Cited by 0 works. Open-access PDF