АНАЛИЗ ДОППЛЕРОГРАФИЧЕСКИХ И ЭЛЕКТРОФИЗИОЛОГИЧЕСКИХ ИЗМЕНЕНИЙ ПРИ ПИГМЕНТНОМ РЕТИНИТЕ У ПАЦИЕНТОВ СРЕДНЕГО ВОЗРАСТА

Касимов Э. М., Мамедзаде А.Н., Оруджева С.Н. et al. · Azerbaijan Journal of Ophthalmology · 2019

Məqsəd - piqmentli retinitin müxtəlif mərhələləri zamanı göz damarlarında hemodinamik parametrlərin və ERQ göstəricilərinin dəyişikliklərinin korrelyasiyasının öyrənilməsi olmuşdur. Material və metodlarPiqmentli retinit diaqnozu ilə yaş həddi 25-44 arasında olan 105 pasiyentdə (210 göz) müayinə aparılmışdır. Onlardan 42-si qadın, 63-ü kişi olmuşdur. Piqmentli retinit zamanı funksional dəyişikliklərə görə (D.A. Newsom, 1988, təsnifatı üzrə) pasiyentlər 3 qrupa ayrılmışdır: I qrup - başlanğıc mərhələli pasiyentlər 25 nəfər (50 göz), II qrup - orta ağır mərhələli pasiyentlər 38 nəfər (76 göz), III qrup - ağır mərhələli pasiyentlər 42 nəfər (84 göz).Gözdə qan axınını öyrənmək üçün RDK «TOSHIBA» firmasının «Nemio XG SSA-580A» ultrasəs diaqnostik aparatında 8 mHz xətti datçik vasitəsilə həyata keçirilmişdir. Bütün xəstələrdə ROLAND CONSULT Super Color Ganz feld Q450 SC (Almaniya) aparatında ERQ (ümumi, ritmiki və makulyar) aparılmışdır. NəticəElektroretinoqrafiya və rəngli doppler kartlaşdınlma nəticələri pigmentli retinitin orta ağır və ağır mərhələlərində statistik dürüst dəyişikliklərin olduğunu göstərir, həmçinin başlanğıc mərhələdə də pozğunluqların olduğunu bildirir. RDK PR-də hemodinamik pozğunluqları zamanında aşkarlamağa imkan yaradır. ERG göstəricilərinin təhlili fotoreseptorların funksiyasının azalması göz damarlarında qan axınının pozulmasına paralel baş verdiyini bildirir.Beləliklə, PR-li pasiyentlərin erkən diaqnostikasında və monitorinqində, eləcə də müalicə-profilaktik tədbirlərin aparılması üçün doppleroqrafik və elektrofizioloji müayinələrin aparılması zəruridir.

Cited by 0 works. Open-access PDF

Authors