НАШ ОПЫТ ПРИМЕНЕНИЯ НЕПРЕРЫВНОГО КРУГОВОГО КАПСУЛОРЕКСИСА ПРИ ЭКСТРАКАПСУЛЯРНОЙ ЭКСТРАКЦИИ КАТАРАКТЫ С ИМПЛАНТАЦИЕЙ ИНТРАОКУЛЯРНОЙ ЛИНЗЫ

Касимов Э. М., Багиров Н.А., Абдулалиева Ф.И. · Azerbaijan Journal of Ophthalmology · 2009

İşin məqsədi intraokulyar linza (İOL) implantasiyası ilə kataraktanm ekstrakapsulyar ekstraksiyasında (KEE) fasiləsiz dairəvi kapsuloreksisin (FDK) və ön kapsulun “konvert” tipli kəsiyinin efektivliyinin müqaisəli təhlilini öyrənmək olmuşdur.İOL implantasiyası ilə KEE olunmuş 255 cərrahi əməliyyatın müqaisəli təhlili aparılmışdır. Birinci qrupa FDK aparılmış 150 xəstə (150 göz), ikinci qrupa isə “konvert” tipli kəsik aparılmış 105 xəstə (105 göz) daxil olmuşdur.Aparılmış tədqiqatın nəticələri göstərir ki, ön kapsuloreksisin aparılması metodundan asılı olaraq, cərrahi əməliyyatın gedişinin xarakterinə və cərrahi əməliyyatdan sonrakı dövrün gedişində bəzi qanunauyğunluqlar olur. FDK-nm aparılması cərrahi əməliyyat zamanı fəsadları 2 dəfədən artıq azaldır, kapsul daxilinə İOL implantasiyasmı dürüst yerinə yetirilməsinə imkan verir. FDK hətta arxa kapsul zədələndikdə belə, kiprikli cisim cibinə İOL implantasiyasma imkan yaradır və cərrahi əməliyyatdan sonrakı dövrdə ikincili kataraktanm əmələ gəlmə riski xeyli azalmış olur.

Cited by 0 works. Open-access PDF

Authors