ЛЕЧЕНИЕ СИНДРОМА «СУХОГО ГЛАЗА» В ПОСТОЖОГОВОМ ПЕРИОДЕ

Шамилова Ф.Г., Заргарли И.А., Алиева Г.Ш. et al. · Azerbaijan Journal of Ophthalmology · 2013

Tədqiqatın məqsədi. Gözün yanıq travmasmı keçirmiş pasiyentlərdə QG sindromunun müalicəsi zamanı hialuron turşusu əsasında yaradılmış preparatların effektiliyinin öyrənməsi. Tədqiqatın materialları və metodlarıMüşahidə altında gözün 2-ci və 3-cü dərəcəli kimyəvi və termik yanıqları olan 16-47 yaş arası 42 xəstə (44 göz), onlardan 33 kişi və 9 qadın idi.Müalicədən 2-3 həftə sonra təkrar müayinə zamanı xəstələr aşağıdakı şikayətləri qeyd edirdilər: qum hissi, quruluq hissi, diskomfort.Müayinə olunmuş pasiyentlərdə yanıqdan sonrakı dövrdə biomikroskopiya zamanı 13 gözdə komea şəffaf idi, 10 gözdə buludşəkilli bulanmalar, 12 - lokal stromal bulanmalar, 9 - müxtəlif intensivli damarlı bulanmalar qeyd edilirdi.Bütün pasiyentlərdə göz pərdəsinin (GP) sulu komponentinin sekresiyası (test Shirmer O., 1903) və GP-nin cırılma vaxtı təyin olunurdu (Nom M.S.1969). Tədqiqatlar Şirmer və Nom testlərinin normadan aşağı olmasını aşkar etdi.Müayinə olunmuş pasiyentlər alman nəticələrə əsasən 3 qrupa bölünüb: 1 - QG sindromunun zəif dərəcəsi (21 göz), 2 - QG sindromunun orta dərəcəsi (13 göz), 3 - QG sindromunun ağır dərəcəsi (10 göz). Yanıqdan sonrakı QG sindromu olan pasiyentlərə hialuron turşusu əsasında preparatların aşağıdakı rejimdə instilyasiyaları aparılmişdir: 1-ci qrup (21 göz) - gündə 2 dəfə (1 ay); 2-ci qrup (13 göz) - gündə 4 dəfə (2 ay); 3-cü qrup (10 göz) - gündə 6 dəfə (3 ay). Nəticələr və müzakirələrHialuron turşulu preparatı ilə müalicə edilən pasiyentlərin şikayətlərinin təhlili onların azalmasını, hətta tam yox olmasını göstərmişdir. Bütün pasiyentlər subyektiv komfortun yüksəlməsini, quruluq və qum hisslərinin azalmasını qeyd edirdi. Belə ki, 50% qədər pasiyentlərdə komfort hissi müşahidə olunmuşdur, 38,6%-də isə şikayətlər az ifadə olunan kateqoriyasına keçmişdir.Hialuron turşulu preparatların tətbiqi nəticəsində 3 ay ərzində GP-nin çırılma vaxtının və yekun gözyaşı ifrazının göstəricilərinin yaxşılaşması aşkar edilmişdir.Aparılan müalicə fonunda QG sindromunun bütün dərəcələrində yekun gözyaşı ifrazının səviyyəsinin artması tendensiyası qeyd edilirdi. Bununla belə Şirmer testinin göstəricisi 43,2%-də normaya çatır, 36,4%-də isə bu sınağın artması qeyd edilirdi. Eyni zamanda prekomeal GP-nin stabilləşməsi və cırılma vaxtının uzanması aşkar olunurdu: 38,6% hallarda Nom testi normaya çatır, qalan hallarda isə bu göstəricinin yüksəlməsi tendensiyası qeyd edilirdi. YekunBeləliklə, apardığımız tədqiqatlar göz yanıqlarından sonra yekun gözyaşı ifrazının və prekomeal GP- nin stabilliyinin azalmasını aşkar etmişdir.Bir sıra tədqiqatlar göz almasının travmatik zədələnmələri zamanı konyunktiva və komeal səthin vəziyyətini yaxşılaşdıran natrium hialuronatın effektivliyini göstərmişdir.Hialuron turşusu əsasında hazırlanmış preparatından gözyaşmın əvəzedicisi kimi istifadə etməyimiz göz yanıqlarının nəticəsində yaranan subyektiv şikayətlərin azalmasına, yekun gözyaşı ifrazının funksional göstəricisinin artmasına və prekomeal pərdənin stabilliyinin qiymətləndirilməsinə imkan yaratmışdır.Hialuron turşusu əsasında hazırlanmış preparatların tətbiqindən alman müsbət nəticələrin təhlili imkan yaradır ki, yanıqdan sonrakı dövrdə QG sindromunun medikamentoz korreksiyasında bu preparatlardan effektiv vasitə kimi istifadəsini tövsiyə edək.

Cited by 0 works. Open-access PDF

Authors