ИНФОРМАТИВНОСТЬ ФЛЮОРЕСЦЕНТНОЙ ИРИДОАНГИОГРАФИИ В ДИАГНОСТИКЕ РАННИХ СТАДИЙ ПСЕВДОЭКСФОЛИАТИВНОГО СИНДРОМА

В. В. Агафонова, Франковска-Герлак Малгожата Збигневна, Керимова Р.С. et al. · Azerbaijan Journal of Ophthalmology · 2014

Məqsəd. Flüoressein iridoangioqrafiya müayinə metodu vasitəsilə erkən mərhələli psevdoeksfoliativ sindromlu xəstələrin qüzehli qişasında damar pozğunluqlarının müəyyən olunması. Material və metodlarTədqiqat 66-82 yaş arasında kataraktalı 25 xəstədə (48 göz) aparılmışdır. Xəstələr 3 qrupa bölünmüşdür. 1-ci qrupa Yeroşevskayanın təsnifatına əsasən PES-un II-III mərhələsində olan xəstələr (20 göz) daxil edilmişdir. 2-ci qrupa 1-ci qrup xəstələrin PES-a xas klinik təzahürü olmayan tay gözləri (20 göz) daxil edilmişdir. 3-cü kontrol qrup 5 xəstənin 8 gözündən ibarət olmuşdur. Bütün xəstələr flüoressent iridoangioqrafiya müayinəsindən keçirilmişdir. Nəticələr və müzakirələr1-ci qrup gözlərdə qüzehli qişa damarlarının arxitektonika pozğunluğu, sektoral işemiya zonası (hipoperfuziya), kontrast maddənin qüzehli qişa damarlarından (xüsusilə bəbək kənarında görünən ekstravazasiya -“günəşin tutulması” simptomu) ekstravazasiyası (hiperperfuziya), flüoresseinin arxa kameradan bəbək vasitəsilə ön kameraya çıxışı, və eləcə də vaxt parametrlərinin uzanması kimi əlamətlər müşahidə olundu. 2-ci qrup gözlərdə vaxt parametri 1-ci qrupa nisbətən az uzanmışdir (cədvəl 1). Həmçinin yuxarida sadalanan əlamətlər nisbətən az dərəcədə özünü göstərməkdədir. Kontrol qrupdan alman nəticələr Kişkina V.Y. tədqiqatının nəticələri ilə müqayisə edilmişdir və vaxt parametrləri uyğun gəlmişdir (cədvəl 1). YekunFİAQ-dan istifadə edərək PES-un erkən mərhələsi müşahidə olunan xəstələrdə qüzehli qişa damar dəyişikliklərini qiymətləndirmək mümkündür. Angioqrafik dəyişikliklər qüzehli qişa damar arxitektonikasmm pozulması, sektoral dolma defekti, flüoressein ekstravazasiyası şəklində təzahür edən fokal angiopatiyanm olması, “günəş tutulması”simptomu, “bəbək cərəyanı fenomeni” kimi əlamətlərlə və eləcə də FİAQ-mn zaman parametrlərinin dəyişməsinə əsasən qiymətləndirilir.

Cited by 0 works. Open-access PDF

Authors