ОФТАЛЬМОЛОГИЧЕСКАЯ ХАРАКТЕРИСТИКА ЗАКРЫТОЙ ЧЕРЕПНО-МОЗГОВОЙ ТРАВМЫ У ДЕТЕЙ С ПЕРИНАТАЛЬНОЙ ЭНЦЕФАЛОПАТИЕЙ В АНАМНЕЗЕ
Салманова С.З. · Azerbaijan Journal of Ophthalmology · 2010
Müayinə olunmuş 128 xəstədən 95-i travmadan əvvəl də Uşag Nevroloji Xəstəxanasının təşəbbüsü ilə Milli Oftalmologiya Mərkəzinin nəzarətində olmuş, perinatal ensefalopatiya (PE) diagnozu ilə müayinə və müalicələr aparılmış və bu səbəbdən qapalı kəllə-beyin travması (QKBT) ilə də həmin tibb müəssisəsinə müraciət etmişdir. Bu da, öz növbəsində PE fonunda keçirilmiş QKBT klinik xüsusiyyətlərinin araşdırılmasına, həmçinin onların oftalmoloji təzahürlərinin dinamikasının izlənməsinə şərait yaratmışdır.QKBT ilk klinik təzahürlərinin başlanmasından keçən 3 gün ərzində aparılmış KT müayinələr beyin mədəcikləri də daxil olmaqla likvor sahələrinin nisbi daralması və yarımkürələrin ağ maddəsinin, xüsusilə III mədəcik ətrafı sahənin sıxlığının artmasını qeyd etmişdir (hiperemiya). 3-4 sutkadan sonrakı dinamika, sıxlığın tədriclə azalmasına baxmayaraq intrakranial hipertenziyanın davam etməsi və “hiperemiya-ödem” nisbətinin sonuncunun xeyrinə dəyişdiyini aşkar etmişdir.Aşkar edilmişdir ki, PE fonunda keçirilmiş QKBT səbəbindən travmadan əvvəlki dövrdə əldə olunmuş adaptasiya elementlərinin əksəriyyəti itirilir. Bu itki əsasən optiko-kinetik dizrequlyasiya mexanizmlərində öz əksini tapır.PE fonunda kəllə-beyin travması keçirmiş uşaqların sensomnestik oftalmoloji göstəriciləri onların südəmər dövrdə aparılmış oftalmoloji müayinələrinin nəticələri ilə müqayisəli şəkildə statistik emala yönəldilmişdir. Nəticədə PE-nm erkən dövründə aşkar edilmiş maqnoselülyar çatışmazlıq sindromu ilə QKBT keçirdikdən sonrakı görmə çatışmazlığı sindromu arasında yüksək dərəcəli korrelyasiya olduğu aşkar edilmişdir.
Cited by 0 works. Open-access PDF