ТЕОРЕТИЧЕСКАЯ КОНЦЕПЦИЯ О КОМПЛЕКСНОЙ СИСТЕМЕ РЕАБИЛИТАЦИИ ИНВАЛИДОВ ВСЛЕДСТВИЕ ПАТОЛОГИИ ОРГАНА ЗРЕНИЯ В АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКЕ

Керимов К.Т., N. M. Rustamova, Керимова Нар.К. et al. · Azerbaijan Journal of Ophthalmology · 2010

Aparılan tədqiqatlar göstərir ki, gözün ağır xəstəlikləri görmə funksiyasına təsir göstərərək zəifgörmə, korluq və əlilliklə nəticələnir, insanlar əmək qabiliyyətini itirirlər.Azərbaycan Respublikası Prezidentinin əmri ilə 1993-cü ildə və təkmilləşdirilmiş şəkildə 2003-cü ildə «Əlillərin sosial müdafiəsi haqda» Sərəncam verilmişdir. Bu əmrdə əlillərin tibbi-sosial reabilitasiyasının inkişafı, onlara ixtisaslaşdırılmış oftalmoloji profili reabilitasiya mərkəzlərinin yaradılması nəzərdə tutulur.Prezidentin əmrinə əsaslanaraq Azərbaycanda yeni müasir ictimai-siyasi və iqtisadi tələbata uyğun olan kompleks reabilitasiya proqramı hazırlanmalıdır. Kompleks reabilitasiya konsepsiyası sosial-iqtisadi, maddi- texniki, maliyyə təminatlarını dövlət və yerli maliyyə bazalarına əsaslanır. İşin məqsədi. Azərbaycan Respublikasında göz xəstəlikləri üzrə əlillərin komplex tibbi-sosial reabilitasiya sisteminin nəzəri və təşkilati əsaslarının işlənib hazırlanması. Material və metodlarkompleks konsepsiyasını hazırlamaq üçün 37 TİEK-in və pensiya işlərinin (23850 və 19514 iş) analizi aparılıb. Tədqiqat sosial-gigiyenik, klinik-oftalmoloji və ekspertiza-reabilitasiya metodları ilə öyrənilib.Kompleks reabilitasiya konsepsiyası 3 vəzifəni həll edir: tibbi reabilitasiya problemi; əmək-sənət reabilitasiyası; sosial reabilitasiya.Reabilitasiya bazaları dövlət və qeyri-dövlət (fərdi, ümumi və dini) təşkilatlarından ibarətdir. Reabilitasiya bazalarının tipləri aşağıdakılara bölünür: ekspertiza, istehsalat, təhsil, sosial.Tibbi reabilitasiya pulsuz dövlət sığorta sistemi vasitəsi ilə aparılır.Sosial bazalar sosial reabilitasiyanı yerinə yetirir.Tibbi sosial ekspertiza fərdin kateqoriyasını və xəstəliyin ağırlıq dərəcəsini, iş qabiliyyətinin itirmə dərəcəsini təyin edir.Sosial ekspertiza 4 ağırlıq dərəcəsinə bölünür: az ağırlıqlı, orta ağırlıqlı, ağır və çox ağır.Tibbi-sosial ekspetiza tibbi-bioloji, sosial, ruhi, iqtisadi faktorları əsas götürür.Tibbi-sosial nəticə əlilin görmə qabiliyyətindən asılı olur.Kompleks reabilitasiya proqramının həyata keçməsi üçün dövlət qanununun olması, sosial-iqtisadı, maliyyə və maddi-texniki amillər əsasdır.Hazırki konsepsiya Milli Oftalmologiya Mərkəzinin 2006-2010-cu illərdə apardığı elmi-tədqiqat işinə əsasla- naraq «Göz əlillərinin tibbi-sosial yardımın təşkilinin təkmilləşdirilməsi və əlilliyin profilaktikası» mövzusu adı altında aparılmışdır.

Cited by 0 works. Open-access PDF

Authors