СОСТОЯНИЕ ГЕМОДИНАМИКИ ГЛАЗА ПРИ ПИГМЕНТНОМ РЕТИНИТЕ У ВЗРОСЛЫХ ПАЦИЕНТОВ

Касимов Э. М., Мамедзаде А.Н. · Azerbaijan Journal of Ophthalmology · 2012

İşin məqsədi, piqmentli retiniti olan böyüklərdə tripleks müayinəsi köməyi ilə göz damarlarında hemodinamik parametrlərin öyrənilməsi olmuşdur.Piqmentli retinit diaqnozu ilə yaş həddi 25-63 arasında olan 24 pasiyentdə (48 göz) müayinə aparılmışdır.Onlardan 11-i qadın, 13-ü kişi olmuşdur. Xəstələr iki yaş qrupuna bölünmüşdür: I qrup - 25-45 yaş arası, II qrup - 45 yaşdan yuxarı. Gözdə qan axınını öyrənmək üçün tripleks müayinələr «TOSHIBA» firmasının «Nemio XG SSA-580A» ultrasəs diaqnostik aparatında 8 mHz xətti datçik vasitəsilə həyata keçirilmişdir.Beləliklə, aparılmış tripleks müayinələri piqmentli retinit zamanı gözün hemodinamikasının pozulmasını aşkar etmiş, tor qişada işemiyanın olduğunu sübüt etmişdir. Nəzərə çarpan dəyişikliklər tor qişanın mərkəzi arteriyasında və arxa qısa siliar arteriyalarda müşahidə olunmuşdur. Piqmentli retiniti olan pasiyentlərdə gözün qan axınını öyrənmək üçün doppleroqrafiyanin aparılması vacibdir.

Cited by 0 works. Open-access PDF

Authors