ТАКТИКА ХИРУРГИЧЕСКОЙ КОРРЕКЦИИ ВТОРИЧНОЙ ЭКЗОТРОПИИ.
Чернышева C.Г., Самедова Д.Х. · Azerbaijan Journal of Ophthalmology · 2014
Xarici çəpgözlüyün cərrahi müalicəsindən sonra inkişaf etmə tezliyi 2%-dən 44%-ə qədər təşkil edən ikincili ekzotropiyamn cərrahi korreksiyası kompleks məsələdən ibarətdir. Tədqiqatın məqsədi. İkincili ekzotropiyamn patogenetik istiqamətləndirilmiş cərrahi müalicə taktikasının işlənib hazırlanması. Material və metodlarTədqiqata xarici çəpgözlüyün cərrahi müalicəsindən sonra inkişaf etmiş 83 ikincili ekzotropiya ilə xəstə daxil edilmişdir. Ənənəvi oftalmoloji və gözü hərəkət etdirən aparatın xüsusi tədqiqat metodlarından istifadə edilmişdir. Əməliyyatdan sonrakı müşahidə dövrü 1-5 il təşkil edirdi. Nəticə və onların müzakirəsiResessiya və ya tenoskleroplastika üsulu vasitəsilə daxili düz əzələnin (DDƏ) ikitərəfli zəiflədilməsindən sonra (27 xəstə) inkişaf etmiş ikincili ekzotropiya zamanı daha çox ifadə edilmiş adduksiyanın məhdudlaşdırılması ilə gözdə və DDƏ-nin birtərəfli zəiflədilməsindən sonra (52 xəstə) əməliyyat olunmuş gözdə cərrahi müdaxilə aparılmışdı. DDƏ-nin əməliyyatı gedişində vizualizasiya zamanı çəpgözlük bucağının həcmindən və göz yarığının enindən asılı olmayaraq onun anatomik bərkidilmə yerindən 4 mm-dən artıq yerdəyişməsi halında antero-mövqesi aparılırdı. DDƏ-nin 4 mm-dən çox olmayan yerdəyişməsi zamanı və Girşberq üzrə >10° çəpgözlük bucağında göz yarığından asılı olaraq, DDƏ-nin antero-mövqesi onun rezeksiyası və ya ipsilateral xarici düz əzələnin (XDƏ) resessiyası ilə tamamlanırdı. Cüt gözlə müqayisədə onun genəlməsi zamanı DDƏ-nin rezeksiyası aparılırdı, hansı ki, əzələnin təsirinin güclənməsinə və göz yarığının daralmasına gətirib çıxarırdı. Göz yarıqları eninin asimmetriyasının mövcud olmaması zamanı XDƏ-nin ipsilateral resessiya aparılırdı. Ekzodeviasiyanın qalıq bucağının qorunması zamanı (Girşberq üzrə >5°) 3-6 aydan sonra cüt gözdə DDƏ-nin antero-mövqesi aparılırdı. Ekzodeviasiyanın bucağı həcmindən, əzələnin anatomik bərkidilmə yerinin yerdəyişməsindən və göz yarığının enindən asılı olaraq DDƏ-nin antero-mövqesi onun rezeksiyası və ya XDƏ-nin ipsilateral resessiyası ilə birgə aparılırdı. DDƏ-nin qismən tenotomiyasından sonra inkişaf etmiş ikincili ekzotropiya zamanı (4 xəstə) daha çox ifadə edilmiş adduksiyanın məhdudlaşması ilə gözdə DDƏ-nin rezeksiyası aparılmışdı. Qalıq ekzodeviasiya bucağının qorunması zamanı (Girşberq üzrə >5°) 3-6 aydan sonra cüt gözdə DDƏ-nin rezeksiyası, >10° çəpgözlük bucağında isə - DDƏ-nin XDƏ-nin ipsilateral resessiyası ilə kombinasiyada rezeksiya aparılırdı. Adduksiyanın məhdudiyyəti ilə ikincili ekzotropiya zamanı və vertikal deviasiya ilə birgə göz almasının hərəkətliliyinin bərpası məqsədi ilə (zədələnmiş vertikal əzələnin və vertikal deasiyanın müəyyən edilməsi üçün lazımi şərt) 1-ci mərhələdə daha çox ifadə edilmiş adduksiyanın məhdudiyyəti ilə gözdə yuxarıda qeyd olunan sxem üzrə cərrahi müdaxilə aparılmışdı. Adduksiyanın bərpasından sonra Helvestonun ikipilləli testi keçirilirdi və zədələnmiş vertikal əzələ müəyyən edilirdi. İkinci mərhələdə vertikal çəpgözlüyün korreksiyası aparılmışdı. İntraoperasion vizualizasiya zamanı 8 xəstədə DDƏ-nin skleraya çəp bərkidilməsi, əzələnin şaquli yerdəyişməsi qeyd olunurdu, bu da ikincili vertikal deviasiyanın inkişafına səbəb olmuşdu, hansı ki, cərrahi müalicənin bir mərhələsi - DDƏ-nin antero-mövqesi ilə - kənar edilmişdir. İkincili ekzotropiyamn rekonstruktiv cərrahi müalicəsi nəticəsində 88% xəstədə ortotropiyaya nail olunub. Göz almasının hərəkətliliyi 93,8%, konvergensiya - 91,9% xəstədə bərpa edilib. Vertikal deviasiya, göz yarıqları eninin asimmetriyası bütün xəstələrdə kənar edilib. YekunTəklif olunan ikincili ekzotropiyamn cərrahi müalicəsi taktikası nəinki ekzodeviasiya bucağının həcmindən, həm də DDƏ funksiyalarının pozulması ifadəliliyindən, əvvəl aparılmış cərrahi müdaxilənin xarakterindən, vertikal deviasiyanın mövcudluğundan, göz yarıqları eninin asimmetriyasmdan asılıdır və müştərək daxili çəpgözlüyün cərrahi müalicəsi nəticəsində pozulmuş ekstraokulyar əzələlər funksiyasının bərpasına yönəlib.
Cited by 0 works.